Aİ Azərbaycanda ən etibarlı beynəxalq təşkilat hesab olunur

Aİ Azərbaycanda ən etibarlı beynəxalq təşkilat hesab olunur

Siyasət
12 İyul 2019, 13:26 7774
Avropa İttifaqı (Aİ) Azərbaycanda ən etibarlı beynəxalq təşkilat hesab olunub.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin ölkədə keçirdiyi rəy sorğusunda qeyd edilir.
Respondentlərin 35 faizi Aİ-ni ən etibarlı təşkilat hesab edib. Sonrakı sırada BMT (25 faiz), NATO (20 faiz), Avrasiya İqtisadi İttifaqı (25 faiz) yer alıb.
Azərbaycn əhalisinin 46 faizi Aİ barədə müsbət fikrə malikdir, 31 faizi neytral yanaşır, 8 faizi mənfi fikrdədir, 15 faizi isə Aİ barədə heç vaxt eşitməyib.
Sorğuya əsasən, 74 faiz respondent Aİ ilə Azərbaycanın münasibətlərini yaxşı, 14 faiz pis, 12 faiz neytral hesab edir.