• cümə axşamı, 08 may, 07:27
  • Baku Bakı 18°C

ADU- da “Milli adət- ənənələrimizi yaşadaq” adlı təşəbbüs

31.10.16 17:52 1515
ADU- da “Milli adət- ənənələrimizi yaşadaq” adlı təşəbbüs
Noyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) " Milli adət- ənənələrimizi yaşadaq”adlıtədbir keçiriləcək. ADU- nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayevin bu təşəbbüsü universitet rəhbərliyinin I kurs tələbələri ilə görüşündə müzakirə olunub və rəğbətlə qarşılanıb. Tədbirin keçirilməsində məqsəd tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsidir. Bu məqsədlə qərara alınıb ki, hər ayın bir günü universitetin I kurs tələbələri könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlsinlər.
Tədbirdə I kurs tələbələri ilə yanaşı professor- müəllim heyəti, digər kurs tələbələri də iştirak edə bilər.
banner

Oxşar Xəbərlər