• cümə, 20 Dekabr, 20:37
  • Baku Bakı 9°C

ADB: "Bu il Azərbaycan iqtisadiyyatı 2,2 % böyüyəcək"

22.09.21 10:45 480
ADB: "Bu il Azərbaycan iqtisadiyyatı 2,2 % böyüyəcək"
Asiya İnkişaf Bankı (ADB) bu ilin sonuna Azərbaycanın Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin əvvəlki proqnoza nisbətən0,3faiz bəndi artıraraq2,2%-ə çatdırıb.
"Report”xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş "Asiyanın İnkişaf Perspektivləri (ADO) 2021” hesabatında bildirilib.
Sənədə əsasən, gələn il isə Azərbaycanın ÜDM-si2,5% (proqnoz dəyişməyib) səviyyəsində reallaşacaq.
Qeyd edək ki, ADB bu ilin sonuna Gürcüstan iqtisadiyyatının8,5%, Qazaxıstan iqtisadiyyatının3,4% böyüyəcəyini, gələn il isə bu ölkələrin iqtisadi artım tempinin müvafiq olaraq6,5% və3,7% səviyyəsində olması proqnozlaşdırır.
Xatırladaq ki, 2021-ci ilin 8 ayında Azərbaycanın ÜDM-si real ifadədə3,6%, o cümlədən qeyri neft-qaz sektoru üzrə5,7% artıb. Qeyri neft-qaz sənayesində18,7%, kənd təsərrüfatında5%-lik iqtisadi artım baş verib.
Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın4,6% təşkil edəcəyini proqnozlaşdırır.
banner

Oxşar Xəbərlər