• cümə, 26 Aprel, 15:17
  • Baku Bakı 23°C

74-cü Beynəlxalq Kann Film Festivalının qalibləri bəlli olub

18.07.21 11:20 324
74-cü Beynəlxalq Kann Film Festivalının qalibləri bəlli olub
74-cü Beynəlxalq Kann Festivalının qalibləri bəlli olub.
APA”gazeta.ru"ya istinadən xəbər verir ki, nəticələrə əsasən , "Qızıl Palma Budağı” mükafatını fransız rejissor Julia Dukornonun "Titan” filmi qazanıb.
Finlandiyalı rejissor Yuxo Kuosmanenin "6 nömrəli kupe” və iranlı rejissor Əsgər Fərhadinin "Qəhraman” filmləri Qran-pri mükafatına layiq görülüb.
Leos Karaks "Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti "Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist seçilib.
Qeyd edək ki, 7 iyulda başlayan Kann Film Festivalının münsiflər heyətinə amerikalı aktyor Spike Li sədrlik edib.
banner

Oxşar Xəbərlər