4000-ə yaxın azərbaycanlının taleyi barədə Ermənistan heç bir məlumat verməyib
44 günlük vətən müharibəsində ali baş komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu döyüşərək erməni terroristlərin və faşistlərini Azərbaycan torpaqlarından qovdu çıxardı və ərazi bütövlüyünü bərpa etdi.
Kaspi.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev deyib: "Cənab Prezidentin də söylədiyi kimi Azərbaycan bu 44 gün ərzində düşmənə qarşı ləyaqətli və ədalətli mübarizə apardı. Bütün beynəlxalq konvensiya və hüququn qaydalarına əməl edərək, heç bir hərbi cinayət törətmədi. Yalnız əli silah tutan terroristlərə və Ermənistan əsgərlərinə, zabitlərinə qarşı döyüşdü. Müharibənin sonunda da Azərbaycan Ermənistan tərəfindən döyüşmüş şəxslərin meyitlərinin ermənilərə verilməsini təmin etdi, bu proses hələ də davam edir”.
N.Həmzəyev qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı əsir və girov düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə hələ də Ermənistan tərəfi heç bir məlumat verməyib: "Ermənistan tərəfi bu məlumatları gizlədir. Necə ki, ermənilər işğaldan azad olunmuş ərazilərdə minalanmış ərazilərin xəritələrini verməkdən ilk başda imtina edirdilər, daha sonra məcbur olaraq bir hissəsini verdilər. Ancaq təəssüflər olsun ki, son verdikləri xəritədə də dəqiqlik cəmi 25 faizdir. Ancaq bunun qarşılığında Azərbaycan humanist addımlarını davam etdirməkdədir. Birbaşa azərbaycanlılara qarşı cinayət törətmiş erməni girovlarının bir qisminin verilməsini təmin etdi, meyitlərin qaytarılmasında Ermənistan tərəfinə heç bir maneə yaratmadı. Mən düşünürəm ki, Azərbaycan bu məsələni beynəlxalq təşkilatlar qarşısında xüsusilə qaldırmalıdır, ən azından Ermənistan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı hansısa məlumatlar əldə etməlidir”.
Deputat bildirib ki, məlumatlara görə Ermənistan əsir və girovların orqanlarında istifadə ediblər: "Ermənilər əsir və girovlara işgəncələr verib. Bütün bu faktların ortaya çıxması üçün Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyində olan şəxslər beynəlxalq tribunala verilməli və beynəlxalq ictimaiyyət qarşısında , beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Xocalı soyqırımını törədənlər, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı döyüşən, vəhşiliklər törədənlər öz layiqli cəzalarını almalıdırlar. Düşünürəm ki, həmin cinayətkarlar ən qısa zamanda öz cəzalarını alacaqlar. Belə olduğu halda onlar həqiqətləri söyləyə bilər və Birinci Qarabağ savaşı zamanı əsir düşmüş vətəndaşlarımızın taleyi haqqında məlumat əldə edə bilərik”.