35 müəllifli, 11 filmli mülkiyyət
Azərbaycanda 35 müəllifin əsəri və 11 film dövlət varidatı elan
edilib. Dövlət varidatı elan olunmuş həmin əsərlər və filmlərin istifadəsi bu
hüququ qazanmayan əsərlər və filmlərlə müqayisədə şərtlər tələb edir. Belə ki,
bu əsər və filmlərdən istifadəyə görə Əqli Mülkiyyət Agentliyinin xəzinəsinə ödəniş
edilməlidir. Nazirlər Kabinetinin qərarı ilə Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti
Gəncəvi, Əfzələddin Xaqani, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Aşıq
Qurbani, Məhəmməd Füzuli, Şah İsmayıl
Xətai kimi qədim dövr ədəbiyyat xadimlərinin əsərləri, o cümlədən Üzeyir
Hacıbəyov, Səməd Vurğun, Əliağa Vahid, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev,
Hüseyn Cavid kimi yazıçı və şairlərin, görkəmli ictimai xadimlərin əsərləri də
bu siyahıdadır. Filmlərə gəlincə, 1929-1955-ci illəri əhatə edən "Sevil ”, "Lətif ”, "İsmət”, "Mavi dənizin sahilində”, "Almaz”,
"Bakılılar”, "Kəndlilər”, "Səbuhi”, "Bir ailə”, "Arşın mal alan” və
"Görüş” filmləri dövlət mülkiyyəti
hesab olunur və bu filmlərdən istifadə zamanı da Əqli
Mülkiyyət Agentliyinin xəzinəsinə ödəniş edilməlidir. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri
üçün isə tirajın ümumi məbləğinin 2 faizi həcmində ödəniş hesablanaraq Əqli
Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Məsələn, Nizami
Gəncəvi, Əliağa Vahid və ya Səməd Vurğunun əsərlərini çap edən hər hansı bir
qurum tirajın məbləğindən asılı olaraq, hər kitabın dəyərindən 2 faizi ƏMA-nin
xəzinə hesabına köçürüləcək. Əqli Mülkiyyət Agentliyi
isə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə, xəzinə hesabına
daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etməlidir.
Əsərlərin və filmlərin dövlət varidatı elan olunması məsələsinə
münasibət bildirən Azərbaycan Yazıçılar
Birliyinin Yaradıcılıq məsələləri
üzrə katibi İlqar Fəhmi qeyd etdi ki, film və əsərlərin dövlət
varidatı elan olunması sovet dövründə də həyata keçirilib. Belə ki, sovet
dövründə çap olunan klassik ədəbiyyat nümunələrinin satışından müəyyən faiz
Ədəbiyyat Fonduna daxil olub: "Həmin məbləğ də o dövr ədəbiyyatçıların
əsərlərinin çapına və ya rifah halının yaxşılaşdırılmasına sərf olunurdu.
Ədəbiyyat Fondunun fəaliyyəti bu məsələnin üzərində dayanırdı. Bütün klassik
şair və yazıçıların əsərləri çap edilir və əldə edilən vəsaitin müəyyən bir
faizi fondda cəmləşirdi. Əgər gəlir əldə etmək məqsədilə həmin varidatdan
istifadə olunurdusa, onda da fonda müəyyən ödəniş edilirdi Ümumiyyətlə, bu
praktika bir çox ölkələrdə var”. Konkret olaraq əsərlərin və filmlərin
seçilməsinin hansı kriteriyalar üzrə müəyyənləşdirilməsi məsələsinə gəlincə,
yazıçı bu barədə hər hansı bilgiyə malik olmadığını deyir. Belə ki, dövlət
varidatı olmağa layiq olan əsərlər və filmlər çoxdur: «Adətən bu seçimdə
müəyyən bir dövr götürülür. Ancaq hesab edirəm ki, seçim əvvəlki dövrlərə də
şamil olunmalıdır”.
Obyektiv mənada müəlliflik hüququnun,
əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi
normaların məcmusu olduğunu və qorunma aləti kimi çıxış etdiyini qeyd edən professor Rafiq İsmayılov bildirdi ki,
subyektiv mənada əsərlərin
yaradıcılarına məxsus olan, şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi)
hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Belə ki, əsərləri
kim çap edirsə, fərqi yoxdur, hər hansı qurum, özəl nəşriyyat və ya prodüser
mərkəzi olsun, o, müəlliflik hüququ qazanır: "Əgər əsər dövlət varidatı elan
olunubsa, qərara görə onun istifadəsində Əqli Mülkiyyət Agentliyinin xəzinəsinə
2 faiz ödənməlidir”.
Bəs dövlət varidatı elan olunan filmlərin telekanallarda nümayişi hansı
şərtlərlə həyata keçiriləcək?
Milli Televiziya və Radio
Şurası Aparatının rəhbəri Asəf Hacıyevsorğumuza
cavab olaraq bildirdi ki, məsələ
televiziyalarla Əqli Mülkiyyət Agentliyi arasında bağlanacaq müqavilə ilə
tənzimlənəcək: "Müəlliflik hüququ və Əlaqəli hüquqlar haqqında” qanuna görə,
Əqli Mülkiyyət Agentliyi ilə məsələn, "Xəzər” telekanalı müqavilə imzalayır.
Həmin müqavilədə dövlət varidatı hesab olunmuş filmlərin ayda bir və ya 5 dəfə
göstərilməsi qeyd edilir. Bu şərtlərdən asılı olaraq filmlərin istifadəsi üçün
2 faiz Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək”. Aparat rəhbəri
onlar üçün açıq qalan bir sualı da qeyd etdi: "Tutaq ki, televiziyalar dövlət
varidatı hesab olunan filmlərdən birini və ya üçünü bir neçə dəfə nümayiş
etdirdi. Əqli Mülkiyyət Agentliyinə istifadə üçün faizin köçürülməsi hər
nümayiş üçünmü həyata keçirilməlidir? Hesab edirəm ki, bu tip məsələlər
agentliklə müqavilə imzalanan zaman sənəddə əks olunan şərtlərə görə
tənzimlənəcək”.
Hələlik qərardan xəbərsiz olduğunu bildirən Nizami Kino Mərkəzinin kino işləri üzrə direktor müavini Arzu Əhədova həmin
filmlərin əməkdaşı olduğu Mərkəzdə nümayiş olunmadığını qeyd etdi: "Dövlət
varidatı elan olunmuş həmin filmlər bizim kino mərkəzində nümayiş olunmur. Əgər
filmlər bizim kino mərkəzində nümayiş olunsa, təbii ki, qərara uyğun
davranacağıq”.
Mədəni
irsimizə dövlət qayğısının artırılması məqsədi
"Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhində bildirilir ki, yeni informasiya texnologiyalarının sürətli inkişafı və informasiya texnologiyaları-əqli mülkiyyət əlaqəsinin güclənməsi, əqli mülkiyyətin ənənəvi mədəni funksiyaları ilə yanaşı, vacib iqtisadi və sosial amilə çevrilməsi daim əqli mülkiyyət sahəsində qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsini zəruri edir.
"Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhində bildirilir ki, yeni informasiya texnologiyalarının sürətli inkişafı və informasiya texnologiyaları-əqli mülkiyyət əlaqəsinin güclənməsi, əqli mülkiyyətin ənənəvi mədəni funksiyaları ilə yanaşı, vacib iqtisadi və sosial amilə çevrilməsi daim əqli mülkiyyət sahəsində qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsini zəruri edir.
Belə ki, "Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 8-ci bölməsinin
3-cü abzasında da əqli
mülkiyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, kontrafaksiya
da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər
görülməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib: "Bununla əlaqədar,
Əqli Mülkiyyət Agentliyinin təklifləri əsasında son illər
beynəlxalq təcrübə nəzərə alınmaqla əqli mülkiyyət hüquqlarının qorunması üzrə qanunvericilik və normativ hüquqi
aktlara bir sıra dəyişikliklər edilib.
Müəllif əsərlərinin dövlət
varidatı elan edilməsi təcrübəsi sovet dövründə də mövcud olub, lakin belə qərarlar
Moskvada qəbul edilirdi. Hazırkı dövrdə müstəqil dövlət olaraq milli
qanunvericiliyimizdə dövlət varidatı məsələsi öz əksini tapıb. "Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 27-ci maddəsinə əsasən, Azərbaycan
müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və
ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər. Belə qərarın qəbul
edilməsi həmin əsərlərin hüquqi qorunmasını, həmçinin onların müəlliflərinin şəxsi
qeyri-əmlak hüquqlarının qorunmasının daha yüksək səviyyədə təmin edilməsinə əlavə
imkanlar yaradır”.
Agentlikdən verilən məlumatda qeyd edilir ki, "Əsərlərin dövlət
varidatı elan edilməsi qaydaları”na əsasən, Əqli Mülkiyyət Agentliyi ictimai varidat dairəsinə
aid edilmiş Azərbaycan müəlliflərinin elm, ədəbiyyat və incəsənət əsərlərindən
elmin, ədəbiyyatın, kino tarixinin və incəsənətin zənginləşməsində müstəsna rol
oynayan, geniş oxucu və tamaşaçı kütləsinin dərin rəğbətini qazanan, habelə
yüksək bədii, estetik və sənətkarlıq dəyərlərinə malik olan əsərləri aidiyyəti
dövlət orqanları və yaradıcılıq təşkilatları ilə razılaşdırmaqla seçərək,
onların dövlət varidatı elan olunması üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təkliflər verir: "Dövlət
varidatı elan olunmuş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində
xüsusi ödənişlərin müəyyən edilməsi ilə bağlı bildiririk ki, "Müəlliflik hüququ
və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 2 may tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Ədəbiyyat və incəsənət
əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və
müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları”nın 3-cü hissəsində
dövlət varidatı elan edilən əsərlərə görə müəllif qonorarının Əlavə 3-də göstərilən
tarif dərəcələrinə (bir əsərin, yaxud proqramın kütləvi ifasına görə biletlərin
satışından əldə edilən ümumi pul yığımından faizlə) uyğun qaydada tam miqdarda
hesablanması və hesablanmış məbləğin Agentlik tərəfindən yığılaraq, bütövlükdə
dövlət büdcəsinə köçürülməsi öz əksini tapıb. Qərarda əsərlərin nəşri
(çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş
hesablanaraq, Agentliyin xəzinə hesabına köçürülməsi öz əksini tapıb”.
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”
Qanunun 17-24-cü maddələrinə uyğun olaraq, dövlət
varidatı elan edilmiş əsərlərdən müəllifin vəya müəlliflik hüquqlarının
digər sahibinin razılığıolmadan vəmüəllif qonorarıödəmədən
istifadə oluna bilər: "Dövlət varidatı elan edilmiş əsərlərin müəlliflərinin
Qanunda təsbit edilmiş şəxsi hüquqları pozulduqda, əsərin mənası dəyişdirildikdə,
məzmunu təhrif olunduqda, həmin müəlliflərin vərəsələri və yaxud Agentlik tərəfindən
həmin hüquqların bərpası məqsədilə müvafiq məhkəmə iddiası qaldırılır. Bununla yanaşı, bu "Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” dövlət
varidatı elan edilmiş əsərlərin dövlət sifarişi əsasında və dövlət büdcəsindən
ayrılmış vəsait hesabına qeyri-kommersiya məqsədilə istifadəsinə şamil olunmur.
"Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və "Əsərləri dövlət
varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin
Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7
may 2019-cu il tarixli 211 nömrəli Qərarının
qəbul edilməsi son illər ölkəmizdə ictimai
varidat dairəsinə keçmiş klassik müəlliflərimizin əsərlərinin
qorunmasına diqqətin gücləndirilməsi, əsərlərin təkrar kütləvi tirajla çap
olunması, yayılması və təbliği, bütövlükdə mədəni irsimizə hər cür dövlət
qayğısının artırılması məqsədlərinə xidmət edir”.
Təranə Məhərrəmova
Təranə Məhərrəmova