• bazar, 13 Oktyabr, 12:15
  • Baku Bakı 20°C

31 Mart azərbaycanlıların soyqırımı gününü Ankarada anılıb

30.03.18 22:07 967
31 Mart azərbaycanlıların soyqırımı gününü Ankarada anılıb

Martın 30-da Türk Dünyası Parlament Birliyi 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində mətbuat konfransı təşkil edib. Birliyin sədri Nail Çələbi, erməni silahlı dəstələrinin türklərə qarşı etdikləri soyqırımı lənətləyərək şəhidlərə Allahdan rəhmət diləyib.
Nail Çələbi bu günün bir tarix olduğunu ifadə edərək, erməni və bolşevik dəstələrinin son 2 yüz ildir Azərbaycan türklərinə qarşı mərhəmətsiz qırğınlar törətdiyini söyləyib.
Çələbi erməni-bolşevik birlikləri və şəbəkələrinin 31 Martda başlayıb 3 gün içində başda Bakı olmaqla, onlarla Azərbaycan şəhəri və Qarabağın dağlıq hissəsində 50 min türkü vəhşicəsinə qətl etdiyini vurğulayıb: "Bu gün Şamaxı, Zəngəzur, Lənkəran, Quba qırğınlarının izlərini görmək mümkündür . Bu insanların günahı nə idi? Bu insanlar yalnız türk olduqları üçün öldürüldü, vəhşicəsinə qətl edildi. Anadolu, Azərbaycan, qırğız, özbək, türkmən, qazax türkləri bu ağrını heç unutmayacaq ."
Erməni-daşnak zehniyyətinin son olaraq Xocalıda özünü göstərdiyini izah edən Çələbi, Qarabağdakı Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olduğunun unudulmamasını istədi: "Erməni-daşnak zehniyyəti bu gün də işbaşındadır... Özlərinin etdiyi soyqırımları, işğalların türklərin özü etdiyinə inandırmağa çalışırlar. Amma gerçəklərin üstü əsla örtülməz. 31 martda türk dünyasında simvol olan Azərbaycan türkləri soyqırımı günündə ermənilər tərəfindən öldürülən on minlərlə türkə rəhmət diləyirəm.
Dünyanın heç bir yerində heç bir türkün ayağına, daş dəyməsin, işğal altında heç bir türk yurdu qalmasın ... Başda Türkiyəmiz olmaqla bütün türk yurdlarında şanlı bayraqlarımız sonsuza qədər dalğalansın".
Nail Çələbi Azərbaycan türklərinin 1918-ci ildə Qafqazda Azərbaycan türklərinin fəryadını eşidən Nuri Paşa əmrindəki Türk Qafqaz İslam Ordusu mənsublarını əsla unutmadığını da vurğuladı.
banner

Oxşar Xəbərlər