• cümə, 26 Aprel, 19:33
  • Baku Bakı 22°C

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

21.08.21 19:15 329
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTACxəbər verir ki, danışıq əsnasında ikitərəfli əlaqələr, Əfqanıstanda baş verən hadisələr və bölgədəki digər məsələlər müzakirə edilib.
Prezidentlər Kahramanmaraşdakı yanğını söndürərkən qəzaya uğrayan Rusiya təyyarəsində həyatını itirən türk və rus ekipajının ailələrinə qarşılıqlı başsağlığı veriblər.
Əfqanıstanın bir daha kritik bir dövr yaşadığını xatırladan Türkiyə Prezidenti yeni hökumətin Əfqanıstan xalqının özünəməxsusluğunu əks etdirən əhatəli siyasət yürüdəcəyinə ümidvar olduğunu deyib.
banner

Oxşar Xəbərlər