• cümə, 19 Aprel, 04:08
  • Baku Bakı 18°C

Müharibə informasiya sahəsində də aparılır

21.09.20 12:45 582
Müharibə informasiya sahəsində də aparılır
"Bu gün gecə saatlarından başlayaraq, düşmən cəbhə bölgəsində yeni təxribatlara əl ataraq vəziyyəti gərginləşdirib. Şəhidimiz var!Heç şübhəsiz ki, vətənimizin keşiyində duran ordumuz düşmənə layiqli cavabı verib. Və bundan sonra da verəcək!Lakn dəfələrlə qeyd etdiyim kimi, bir daha təkralamağı özümə borc bilirəm ki, müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır".
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu "Facebook" hesabında yazıb.
O qeyd edib ki, düşmənlərimiz müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasıdakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ terst etməyə səy göstərir, bigi almaq istəyirlər. V.Zifəroğlu deyib ki, sosial şəbəkələrdə bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik: "Dəfələrlə qeyd etmişik: İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumları deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni də nəzərdə tutur. İnformasiya müharibəsi – beyinlərə yönəlik həmlədir. Hədəfi çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır.Bildiyiniz kimi, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni fakesəhifələri və profilləri var. Bu səbəbdən hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik.Yaşından, ixtisasından, dünyagörüşü və elmi səviyyəsindən asılı olmayaraq bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq məhz bur prinsiplərdən çıxış etməliyik".

V.Zifəroğlu "Facebook" hesabında paylaşdığı şəkildə mümkün ehtimalən erməni olan birinin ana dilimizdə yazaraq, haqqımızda ciddi cəhdlə nəsə öyrənməyə çaışdığı dialoqu da diqqətə çatdırıb.

banner

Oxşar Xəbərlər