• çərşənbə, 24 Aprel, 02:52
  • Baku Bakı 14°C

140 yaşın astanasındakı “Kaspi”

13.02.21 13:00 1454
140 yaşın astanasındakı “Kaspi”
Yaxud bir qəzetin dünəni, bu günü və...
"Üç əsrin qəzeti” sayılan "Kaspi” Həsən bəy Zərdabinin, İsmayıl bəy Qaspiralının, Firudin bəy Köçərlinin, Nəriman Nərimanovun, Əlimərdan bəy Topçubaşovun elmi, maarifçi irsini, Zeynalabdin Tağıyevin mesenatlıq yolunu davam etdirib. O yoldan sapmadan, o yolun işıqlarına işıq calayaraq, yandırılan ziyalılıq şamlarını sönməyə qoymayaraq, işığa işıq, nura nur qataraq öz varlığını, mövcudluğunu qoruyub. O "Kaspi” ki, onun səhifələrində "Azərbaycanın ilk milli-istiqlal fədailərinin, maarifçilərinin” ruhu uyuyur.

"Tarixi "Kaspi”nin varisləri olmaqdan qürur duyan və buna layiq olan” 1999-cu ilin martından media meydanına qədəm qoyan, yeni "Kaspi”çilər "Azərbaycanda sələf-xələflik əlaqəsinin və tarixi irsə varisliyin ən parlaq nümunəsini” yaratdılar. Zaman sübut etdi ki, müasir "Kaspi”çilər "klassik ənənələrin bünövrəsi üzərində ucalaraq çağdaş mətbuatın sevilən, seçilən qəzetini” yaratdılar. Ulu öndərin xeyir-duası ilə yaradılan bu qəzet haqda dahi lider öz sözünü zamanında demişdir, tarixi "Kaspi”yə öz müstəsna qiymətini vermişdir. 2000-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının 125 illiyi münasibəti ilə jurnalistlərlə keçirilən görüşdə Ümummilli lider Heydər Əliyev mətbuatın keçdiyi çətin və şərəfli yolu xatırlayaraq ölkəmizdə söz və mətbuat azadlığının vacibliyini xüsusi diqqətə çatdırdı: "..."Əkinçi” qısa bir zamandan sonra bağlandı. Ondan sonra rus dilində nəşr olunan bəzi qəzetlərə əlavə olaraq vərəqələr çıxdı. Sonra M.Şahtaxtlı "Şərqi-Rus”u çıxardı. Z.Tağıyevin maliyyəsi ilə "Kaspi” qəzeti buraxıldı. O qəzet rus dilində çap olunurdu. Bunlar bizim mətbuat tariximizdir. ...H.Zərdabinin qoyduğu təməl yaşayıb və inkişaf edibdir.
...Mirzə Cəlilin "Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, Qafqazda, Orta Asiyada, İranda, Türkiyədə yayıldı və s.
Demək, bu demokratik ideyaları, dünyəvi dəyərləri bizim xalqımızın içərisindən çıxan dahi insanlar o vaxt yaradır, xalqımızı oyadır, onda milli oyanış, milli dirçəliş, milliçilik hisləri yaradırdılar. Azərbaycan Demokratik Xalq Cümhuriyyəti yaranan zaman Ü.Hacıbəyov "Azərbaycan” qəzetinə rəhbərlik edirdi. O illər "Azərbaycan” qəzeti böyük işlər görürdü”.
Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev də daim mətbauta diqqət və qayğı göstərmişdir. Nəticədə "Kaspi” qəzetinin fəaliyyəti daha da genişlənmişdir
"Milli ruh, milli düşüncə üstündə köklənən” yeni "Kaspi” yeni jurnalistika dönəmində yeni qəzetçilik ənənələri yaradaraq Azərbaycan mətbuatının möhkəm tarixi kökləri üzərində intişar tapdı.
Tarixi "Kaspi” illər sonra bağlandı. "Bütün ölkələrin proletarları birləşin!” deyə dəridən-qabıqdan çıxan sovet mətbuatı onu "burjua qəzeti” kimi damğaladı. Onun milyonçu H.Z.Tağıyevlə bağlılığı, pantürkist Ə.Ağaoğlu və onun qələm yoldaşı Ə.Hüseynzadə ilə yaxınlığı əsas götürülərək, adının çəkilməsinə belə qadağa qoyuldu. Amma hər şeyə məlhəm olan zaman sübut etdi ki, Azərbaycan tarixinin həmin mərhələsini obyektiv işıqlandırmaq üçün ötən tarix vərəqlənib öyrənildikcə, ən etibarlı mənbə kimi məhz "Kaspi”yə istinad edildi.
Tarixin üzünə örtük atıb görünməz etmək olar, amma onu tamamilə qaşıyıb yox etmək olmaz. Ona görə də, müasir "Kaspi” də öz fəaliyyətini keçmişə sadiqlik və gələcəyə ümid üzərində qurdu. Eyni zamanda üç dildə (Azərbaycan, rus və ingilis dillərində) saytları fəaliyyət göstərən "Kaspi”nin 140 yaşın astanasında olduğunu nəzərə alıb, gördüyü işlərin bir qismini yada salırıq:

"Kaspi” qəzetinin həftəlik əlavələri

"Ədəbiyyat” əlavəsi
"Teatr” əlavəsi
"Gənclik” əlavəsi

"Kaspi nəşrləri” seriyasından çap olunan kitablar


1. İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram”
2. "XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları”
3. ‘Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması"
4. Həsən bəy Zərdabinin Bakı Şəhər dumasındakı fəaliyyəti”
5. "135 illik yol” (Azərbaycan mətbuatı haqqında)
6. Əlimərdan bəy Topçubaşov – "Kaspi”dən seçmələr”
7. Aлимардан Бек Топчибашев «Избранное из Кассия»
8. ‘Kaspi – maarifçilik meydanı’ (Dövlət və ictimai xadimlərə həsr olunmuş xüsusi buraxılışlar)
9. "Üç əsrin qəzeti” ("Kaspi qəzeti”nin yaranması və fəaliyyəti haqqında məqalələr toplusu)
10. "A newspaper spanning three centuries”
11. Sabir Şaxtaxtlı – ‘Soyqırımından Xocalıya’
12. "Mübariz yol” (Mübariz İbrahimov haqqında məqalələr toplusu)
13. Nəsiman Yaqublu – "Kaspi” qəzetinin yaranması və fəaliyyəti”
14. "Nizami Gəncəvi almanaxı”
15. ‘Əbədiyyət günəşi”. Nəsimi – 650". (Elmi-publisitik toplusu)
16. Ziyadxan Əliyev – ‘Nəsimi dünyası rənglərin işığında’
17. "Hüseyn Cavid əsərləri’ (Türk dilində, İstanbul)
18. Hüseyn Cavid ‘Vətənə qayıdış’ (foto-albom)
19. Hüseyn Cavid ‘Vətənə qayıdış’ (publisistik toplu)
20. Hüseyn Cavid – ‘Seçilmiş əsərləri’ (Serb dilində, Belqrad)
21. Hüseyn Cavid – ‘Seçilmiş əsərləri’ (Qırğız dilində, Bişkek)
22. "Hüseyn Cavid – 135” (publisistik toplu).
23. Haqqın var yaşamağa (Məmməd Araz yaradıcılığı haqqında məqalələr)
24. Danil Salihov ‘Qəribə adam’ (dramlar)
25. "Sözün sorağı” (poetik almanax)
26. Kamran Əliyev – 65 (biblioqrafiya)
27. Fərid Hüseyn – ‘Hər kəsin öz eşqi’ (Şairlərin həyat yoldaşları ilə müsahibələr)
28. Fərid Hüseyn – ‘Sevdiyim əsər’ (101 ədəbiyyat adamının bədii əsərlər haqqında müsahibələri)
29. Söz fidanları (poetik toplu)

"Kaspi” qəzetinin keçirdiyi müsabiqələr

1. "Mübariz yol” – Milli Qəhrəman mübariz İbrahimova həsr edilib
2. Hüseyn Cavid. Vətənə qayıdış. (Hüseyn Cavidini cənazəsinin qalıqlarının Ulu Öndər Heydər Əliyev tərəfindən Vətənə gətirilməsinə həsr edilib.
3. "Hüseyn Cavid – 135” ( Dahi ədibin 135 illik yubileyinə həsr edilib.
4. "Kaspi qəzetinin yaranması və fəaliyyəti”
5. Haqqın var yaşamağa” – (Məmməd Arazın həyat və yaradıcılığına həsr edilib)
6. ‘Əbədiyyət günəşi”. Nəsimi – 650". (İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi ilinə həsr olunub”

"Kaspi mükafatı”

1. Yavuz Akpınar – Azərbaycanla bağlı dəyərli araşdırmalarına görə təltif olunub.
2. Həmid Cəfərov – Hüseyn Cavidin cənazəsinin qalıqlarını Vətənə gətirilməsi prosesində iştirakına və bu xüsusda təbliğat işlərinə görə təltif olunub.
3. Ziyadxan Əliyev – Azərbaycan Sənətşünaslıq Elminə göstərdiyi xidmətlərinə görə təltif edilib Mükafat pul və diplomdan ibarətdir.
4. Şöhrət Barlas – Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdakı xidmətlərə və Azərbaycan–Özbəkistan əlaqələrinin gücləndirilməsindəki fəaliyyətinə görə
5. Səmayə Mövlayeva – "Kaspi” qəzeti barədə ilk əhatəli tədqiqat əsərinin müəllifi olduğuna, mətbuat tariximiz barədə elmi mənbələri tədqiq etdiyinə görə təltif olunur.

"Kaspi” Qəzetinin Elektron irsinin əldə olunması

Tarixi "Kaspi” qəzetinin elektron variantda Hollandiyada Cek Linson nəşriyyatının onlayn mətbəəsində saxlanılırdı. "Kaspi” qəzeti həmin nəşriyyatla danışıqlar apararaq qiymətli mətbu mənbəni ölkəmizə gətirilməsinə nail oldu. Həmin mənbənin elektron variantı hazırda "Kaspi” qəzetinin saytında (kaspi.az) yerləşdirilib. Eyni zamanda qəzetinin elektron arxivi M.F.Axundov adına Milli Kitabxanaya təhvil verilib.

"Kaspi” qəzetinin Xüsusi buraxılışları

1. Heydər Əliyev
2. İlham Əliyev
3. Həsən bəy Zərdabi
4. Əlimərdan bəy Topçubaşov
5. Əli bəy Hüseynzadə
6. Məhəmmədəmin Rəsulzadə
7. İsmayıl bəy Qaspıralı
8. Hacıbəylilər
9. Əhməd bəy Ağaoğlu
10. Firidun bəy Köçərli
11. Şahtaxtlılar
11. Hacı Zeynalabdin Tağıyev
12. Ömər Faiq Nemanzadə
13. Şəfiqə xanım Əfəndizadə
14. İmaddəddin Nəsimi
15. İsa Muğanna
16. Vaqif Səmədoğlu



banner

Oxşar Xəbərlər