• şənbə, 27 Aprel, 03:05
  • Baku Bakı 14°C

“Özümü daha yaxşı tanımağa başlamışam”

02.06.16 13:50 1509
“Özümü daha yaxşı tanımağa başlamışam”
Türk dünyasının sevilən seriallarından olan "Kış güneşi”nin siması Aslı Enver Türkiyədə tanınan aktrisalardandır. O, nəinki Türkiyədə, hətta ölkəmizdə də kifayət qədər sevilir. İllər ötdükcə daha da məşhurlaşan aktrisa "İnStyle” jurnalına müsahibə verib.
Keçdiyimiz günlərdə məşhur müğənni Murat Boz ilə eşq yaşadıqlarını elan edən Aslı Enver sevgilisi ilə əlaqədar danışmağı da xoşlayır. Aslı Enver və Murat Boz bu an eşqlərinin dadını çıxarırlar.
Murat Boz ilə eşq yaşadıqlarını İnstaqram üzərindən paylaşdıqları, birlikdə çəkilmiş bir fotoşəkil ilə açıqlayan Aslı Enver bir jurnala müsahibə verərkən eşqi ilə əlaqədar bəzi ip ucları da verməkdən çəkinməyib: "Heç ağlımda yoxkən yaşadığım möcüzə şeylər qarşısında özümə həmişə söyləyirəm ki, bu mənim bir xəyalım ola bilərmiş və bu anda gerçək oldu. Başıma gələn gözəl şeyləri həyatın mənə sürprizləri kimi qəbul edirəm. Bunun xoşbəxtliyi bir başqa”.
- Aslı xanım, 2016-cı il sizin üçün çox uğurlu bir il oldu. Yaradıcılıq baxımından sanki bir ulduz kimi parladınız.
- Elədir. Yaş ötdükcə, böyüdükcə insanın şəxsiyyəti formalaşmağa başlayır. Artıq özümü daha yaxşı tanımağa başlamışam. Əvvəllər 32 yaş mənə çox böyük gəlirdi. Ancaq indi düşünürəm ki, yaşımın elə bir çağındayam ki, daha məntiqli qərarlar qəbul edə bilərəm. Misal üçün, əvvəllər: "Görəsən, mən nə istəyirəm?”,-deyə düşünürdüm. Çünki daha yumşaq, uşaq təbiətli olduğuma görə qarşımdakı insanın istəyinin daha önəmli olduğunu hesab edirdim. İnsanların xoşbəxt olmaları üçün əlimdən gələni edirdim. Ancaq sonradan, yaş ötdükcə düşüncələrim dəyişdi. İndi düşünürəm: "Yaxşı, bəs mən nə istəyirəm və indi hansı səviyyədəyəm?” Bunu 30 yaşımdan sonra hiss etməyə başladım. O zamandan bəri həyatımı istədiyim şəkildə idarə edirəm. 30 yaşıma qədəm qoyduqdan sonra daha sağlam düşündüyümü hiss edirəm. Əvvəllər işimin bitməsinə daha çox kədərləndiyim halda, indi ona peşəkar insan nöqteyi-nəzərindən baxıram. "Nə edim, bu da belədir”-deyib üstündən keçirəm. Həyatda daha böyük sıxıntılarımın ola biləcəyi fərqindəyəm. Ən önəmlisi sağlamlıqdır və onu da bilirəm ki, o da hər kəsə nəsib olmur. 30 yaşımı keçdikdən sonra "Mən əsla bunu etmərəm” dediyim işləri görmüşəm. Ondan sonra qarşına çıxanları qəbul etmədim. Daha çox seçici olmağa başladım. Həyat çox qəribədir. Hətta elə bir vəziyyətə çatmışıq ki, insan özü özünü təəccübləndirir. Həyatda bir çox "edə bilmərəm” dediyini edə bilərsən.
- "Google”da öz adınızı axtarmısınızmı?
- Hərdənbir baxıram. Qarşımda açılan səhifəni görəndə çox gülürəm.
- Nələrə gülürsünüz və ya nələrə kədərlənirsiniz?
- Əslində "Google”a o qədər də baxmıram. İndi İnstaqramda şəkillər paylaşır, günümün çoxunu orada keçirirəm. Sosial şəbəkələr vasitəsi ilə nələrin baş verdiyini izləyirəm. Doğru olmayan bir hadisə ilə rastlaşanda onun nə qədər gərəksiz olduğunu düşünürəm. Mən insanları qınayan biri olmaq istəmirəm.
- "Mən aktrisa olacağam” qərarını verdiyiniz o anı xatırlayırsınızmı?
- Londonda bir müddət yaşadıqdan sonra Türkiyəyə döndük. Türkiyəyə gəlib kollecdə oxumağa başladım və oraya heç də adaptasiya ola bilmədim. Anam bunu hiss etdi və mənə belə bir təklif etdi: "Müjdat Gezen Sanat Mərkəzinə getmək istəyirsənmi?”. Mən də onun təklifini qəbul etdim və həmin sənət mərkəzində iştirak etdim. Oraya daxil olduğum an özümü oralı hiss etdim. 4 il oxuduğum məktəbdə özümü onlara aid hesab etmirdim. Düşünürdüm ki, bu mənim yaşadığım xarici ölkə ilə bağlıdır. Sən demə, mən təhsil aldığım məktəbi doğru seçməmişəm.
- Məşhur olandan sonra nələrdən imtina etdiniz?
- Heç nədən. Gəmidən ayağımı kəsim, Mərmərəyə getməyim deyə düşünmədim. Yayda mən nəqliyyat vasitəsi kimi gəmilərdən çox istifadə edirəm. Əvvəlki həyatıma olduğu kimi davam edirəm.
- "Kış güneşi” serialında vəziyyət necədir?
- Maraqlı bir komanda ilə çalışırıq. Nisanın xarakterində dəyişikliklər başladığı üçün yaratdığım obraz mənim üçün daha da maraqlı olmağa başlayıb.
- Boş vaxtlarınızda nə edirsiniz?
- Erkəndən oyanmağı sevmirəm. Bütün günü evdə oturub yemək bişirməyi, mətbəxdə çalışmağı sevirəm. Mənim dostlardan ibarət öz çevrəm var. 10-15 ildir ki, həmin insanlarla dostluq edirəm. Boş vaxtlarımda dostlarımı çağırıb evdə yemək yeyir, maraqlı oyunlar oynayırıq. Anamla çıxıb gəzməyi sevirəm.
- Nələrdən enerji alırsınız?
- Mənim üçün ailəmin sağlam olması hər şeyə dəyər. Ailəmdən sonra işimdən çox enerji alıram. Bir ara anam xəstələndi. 18 gün xəstəxanada qaldı. Həmin ərəfələrdə həm işləyir, həm də oxuyurdum. Çəkildiyim "Kavak yelleri” serialının üçüncü mövsümü idi. Serialın ən çox məşhurlaşan vaxtında belə mən sevinə bilmədim. Anamın canı sağ olmadığı bir vaxtda işimin mükəmməl getməsinin mənim üçün heç bir önəmi yox idi.
- Üzünüz çox təmiz və parıltılı görünür. Yəqin ki, üzünüzün qulluğuna xüsusi önəm verirsiniz?
- Üzümün təmiz olmağına xüsusi diqqət yetirirəm. Davamlı olaraq üzümə qulluq edirəm. Dərimə uyğun gecə və gündüz üçün nəzərdə tutulmuş nəmləndirici kremlərdən istifadə edirəm. Eyni zamanda, üzə qulluq üçün hazırlanmış yağlardan da istifadə edirəm.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər