AZE | RUS | ENG |


“Özümə pərəstiş edirəm”

“Özümə pərəstiş edirəm”
Layma Vaykule: Artist səhnədən getmir, publika ondan uzaqlaşır - zaman gəlir ki, daha səni istəmirlər

Müğənni Layma Vaykule dostlarını Yurmalada başına yığaraq ad gününü keçirib. Amma o, ad gününü təqvimə uyğun olaraq - doğulduğu gün qeyd etməyib. Bu, qonaqları bir qədər çaşbaş salsa da, dəvəti məmnuniyyətlə qəbul ediblər. Sirri isə yalnız Laymanın mətbuata müsahibəsindən sonra başa düşüblər.
 
Əzəmətli Layma

- Layma, siz adətən ad gününüzü qeyd etməyi xoşlamırsınız?
- Ad günlərimi 12-13 yaşına qədər qeyd etməyi sevirdim. O zaman hədiyyələr məni həyəcanlandırırdı. Sonra bunlar mənə əhəmiyyətsiz göründü. Həmin vaxtdan qonaqları bir yerə toplamaqdan vaz keçdim. Uzun müddət ad günümü qeyd eləmədim. Amma sonra kimsə «Layma, bu, düzgün deyil» dedi. Razılaşdım və yenə də ad günümə dostlar və qohumlar gəlməyə başladı. İndi siz mənim həmin gün keçiridyim hisslərimi təsəvvür edə bilməzsiniz. Diqqət, güllər, hədiyyələr... az qalıram dəli olam. Bəzən hətta ad günü bəhanəsi ilə hansı günlərdəsə bayram keçirməyi də düşünürəm. Artıq hədiyyələr, güllər və diqqət əsas deyil. Əsas olan yaxın və doğma adamların bir yerə toplaşmasıdır. Bayram sadəcə bəhanədir. Baxın, ingilis kraliçası aprelin 21-də anadan olsa da, ad gününü iyunun ilk həftəsinin sonunda qeyd edir. Ona görə də bu, o qədər qəbulolunmaz sayılmamalıdır. 

- Siz ad günü tədbirinizdə dediniz ki, həmin gün təbrikləri yox, başsağlıqları qəbul edirsiniz. 
- Mən həmişə belə deyirəm. Əlbəttə, bu, zarafatdır. Anamın dediyi kimi, mən yalnız güzgüyə baxanda yaşımın nə qədər olduğunu başa düşürəm. Axı insan öz yaşını hiss eləmir. Əgər həmişə cavan olmaq istəyirsinizsə, özünüzdən böyük adamlarla ünsiyyət qurun. Onda həmişə özünüzü cavan hiss edəcəksiniz. 

- Bəzən də əksinə deyirlər. Öz qarşınızda gənc adamları saxlayın ki, onların enerjisini alasınız. Bu fikirlə razı deyilsiniz?
- Bəsdi görüm, cavanları ətalət basıb. Yaş mənimçün heç də göstərici deyil. Əgər söhbət enerjidən gedirsə, mən onu almıram, əksinə, öz enerjimi ötürürəm. Ona görə sizin gənclik formulanız mənə uyğun deyil. 

- Bəs gözəlliyin və cavanlığın sirri nədədir?
- Gözəlliyin sirri – bu, sirrdir. Bu barədə düşünmürəm. Mən yuxudan oyanıram və bütün lazımlı prosedurları edib özümü qaydaya salıram. Yarım saat itimlə gəzintiyə çıxıram. Qayıdından sonra çay içirəm və gündəlik rejimimə riayət edirəm. Nə vaxt məndən gözəlliyin sirri ilə bağlı soruşurlar, mənim özümdə bir sual yaranır: "Gözəllik nə deməkdir?”. Biri "mənim sevgilim çox gözəldir” deyə düşünür. Ancaq o heç də Afrodita deyil. Bununla belə onu sevirlər. Gözəllik və əxlaq eyni tərzə malikdir. İstedad isə gözəllikdir. Əgər insanın içərisi boşdursa, o, maraqlı deyil. 

- Siz heç olmasa düşünürsünüz ki, gözəlsiniz?
- Yox... İstəyirsiniz inanın, istəyirsiniz yox. Amma az da olsa istedadlıyam. 

- Bəs istedadın bitmə müddəti varmı? Bilirsinizmi, səhnədən hansı yaşda getmək lazımdır?
- Yaşın buna nə dəxli? Bəzən hərdən gənc artistlərə demək istəyirsən ki, çıx get, insanların zövqünü korlama. Raymond Pauls həmişə deyirdi: «Vaxtında getmək lazımdır». Ancaq mən belə düşünmürəm. Artist səhnədən getmir, ancaq publika ondan uzaqlaşır. Zaman gəlir ki, səni daha istəmirlər. Məncə, artist yaşla yalnız məzmunlu olur. Məsələn, siz həkimə gedəndə gənc, yoxsa təcrübəlisini seçirsiniz? Mən təcrübəliyə üstünlük verirəm. 

- Tamaşaçı nə vaxt Laymanı seçirsə, o bilir ki, peşman olmayacaq, elə deyil? 
- Əsas odur ki, səhnəyə çıxasan və onları peşman etməyəsən. Nüfuzu itirmək olmaz. Bu, artistlərə xüsusən vacibdir. Mən özüm haqqında bilirəm ki, səhnəyə necə çıxmalı, necə oxumalı, necə hərəkət etməli, necə təzim etməlisən. Üstəlik, mənə «Ən stilli», «Əzəmətli» damğalarını da yapışdırıblar. Ona görə hər dəfə mən səhnəyə çıxanda düşünürəm: İlahi, mən ki əzəmətli Laymayam. Səhnəyə çıxıram və özümü lazımlı hiss edirəm. 

- Bu, həmişə belə olub?
- Həmişə. Baxmayaraq ki mən 20 yaşında da belə düşünürdüm. Mən o vaxt Variyetdə işləyirdim və təkcə bədənimin hansısa hissəsini çılpaqlaşdırmırdım. Siz ki bilirsiniz, qadınların həmişə göstərməyə nəyisə var. Sonra mən bu janrdan ayrıldım və istəyirdim ki, insanlar mənim ancaq gözlərimə baxsınlar. Səhnəyə tamamilə örtülü çıxmağa başladım. «Mən Pikadilliyə çıxıram» nömrəsinin təqdimatını keçirəndə çıxışda mənə Alla Siqalova yaxınlaşdı. O, paltomun yaxasını açdı. Əynimdə yalnız kombinasiya vardı. "Belə get” dedi. Mənə səhnədə istilik gəldi, qızardım. Çünki zalda mənim xaç atam oturmuşdu. Onun indicə çıxıb gedəcəyini düşündüm. Amma o qaldı, konsert onun xoşuna gəlmişdi. Mən bundan sonra yeni stil yaratdım: Yalançı retro. 

- Siz nə vaxtsa utanmısınız?
- Xatırlamıram. Bəlkə mən arsızam...
 
Həyatla mübarizə

- Siz Amerikaya getmişdiniz. Nə üçün orada qalmadınız?
- İş belə gətirdi. Əgər mənim xəstəliyim olmasaydı, hər şey başqa cür olardı (Amerikada ona xərçəng diaqnozu qoymuşdular). Həyatımda başqa mənanı tapdım. Tamaşaçılar, konsertlər, arzuladığım hər şey əhəmiyyətsiz olmağa başladı. Mənə Brodvey muzikldə, «Mata-Xari»də baş rolu təklif etdilər. Bu, bir il qabaq mənimçün əlçatmaz idi. Çünki muzikldə çıxış etmək ən böyük istəyim idi. Mən heç nəyə başlamaq istəmirdim. Həyatımda yenidənqiymətləndirmə baş verdi. Başa düşdüm ki, hər şey belə qeyri-müəyyən, tez baş verir və mən valideynlərimin qocalığını belə, görməyə bilərəm. Nəticədə, atam rəhmətə gedəndə mən Amerikada idim və onun dəfninə belə gələ bilmədim. Çoxları bunu başa düşmədi. Haqqımda "karyera onun üçün daha önəmlidir” deyiblər. Amma mən həyat üçün mübarizə aparırdım. 

- Bu haqda çox sərbəst danışırsınız. Taleyinizdən şikayətlənmirsiniz?
- Yox... İztirab insanı daha qüvvətli edir. Əvvəllər bunun mənasını başa düşmürdüm, indi bilirəm ki, bu, həqiqətən belədir. Rəssam, artist həyat təcrübəsindən geri qala bilməz. Hər halda mən həyatda hər şeyə asanlıqla nail olan artistlə rastlaşmamışam. Həm də həmin çətin vaxtlarda yanında kimsə olmalıdır. Andrey mənə çox kömək etdi. Xəstəliyimi təkcə ona dedim. Dərin sarsıntılarımı görüb dedi: "Nə olacaq? Uzağı, avtomobilə minib divarın üzərinə çıxacağıq. Bununla da hər şey bir anda bitəcək”. 

Hamımız güclü insanıq

- Sizi ciddi tərbiyə ediblər?
- Yox, məni başlı-başına buraxmışdılar. Həmişə nə etdiyimi bilirdim. Bəlkə mənə belə gəlirdi. Amma mən istədiyim kimi yaşayır, istədiyimi edirdim. İnadkar idim. Bununla belə mənim ciddi anam var. Amma o mənimlə bacarmırdı. «Siz 15 yaşlı qızınızı necə qastrollara buraxdınız» - deyə jurnalistlər ondan nə vaxtsa soruşanda, o, «Laymanı?» - deyə təəccübləndi. "Kim ona qadağa qoya bilərdi ki?” – cavabını vermişdi. 

- Həyatda sizi kim öyrədirdi?
- Küçə... istənilən anadan daha sərt şeylər öyrədirdi.

- Əsas öyrəndiyiniz hansı dərs oldu?
- Özünü harda, nə vaxt və necə aparmaq lazım olduğunu öyrəndim. Həmçinin insanlarla yola getməyi və haqq-hesab etməyi bildim. 

- Siz həmişə gülümsəyirsiniz. Sizi nə əsəbləşdirə bilər?
- Yalnız səfehlik və qabiliyyətsizlik. Bu cür hallarla qarşılaşanda, əhvalım korlanır. Hətta bu cür insanlarla münasibətim korlansa da, mənimçün əhəmiyyəti yoxdur. Yəqin ki, düzlüyümə görə məni də kimlərsə sevmir. 

- İnanmaq çətindir ki, sizi kimsə sevməsin. Sizin bu qədər dostlarınız var.
- Bizə yalnız elə gəlir ki, bizə heç kim lazım deyil. Həqiqətdə isə həyatımızın hər anında kiminsə yanımızda olması vacibdir. Biri ağlamaq, biri gəzmək, üçüncüsü ilə söhbətləşmək üçün. Gecə şənlikləri üçün isə dostlar lazımdır. 

- Çox qadınlara ər və uşaq lazımdır. Andreylə uzun illərdir bir yerdəsiniz. Bəs deyilmi?
- Uşaqlar... Bu, gözəl hissdir. Əgər zamanı geri döndərsəydim, mənim çoxlu uşaqlarım olardı. Əgər o qadınlardan danışırsınızsa ki, «yanımda olsaydı, xoş olardı» - deyə kimsə onların haqqında düşünür, mən buna inanmıram. Mənə elə gəlir ki, onlar özləri əlverişli mövqe seçiblər ki, öz üzərlərinə məsuliyyət götürməsinlər, dostlarının və valideynlərinin, hətta özlərinin diqqətini çəkməsinlər. Düşünmürəm ki kişilərə belə qadınlarla həqiqətən də maraqlıdır. 

- Gecədə Alla Puqaçova sizin üçün oxudu. Siz onu rəğbətlə dinlədiniz. Belə görünürdü ki, siz həqiqətən yaxşı dostsunuz və bir-birinizi ürəkdən istəyirsiniz.
- Mən nəyə görə onu sevməməliyəm? 

- Bəs peşəkar qısqanclıq necə olsun?
- Kimə? Kimsə mənim yermi tutar? Hələ beləsi yaranmayıb. Qısqanclıq - bu, enerjini boşuna itirməkdir. Yoxsa mən nəyisə başa düşmürəm? Əgər insan yaxşı oxuya bilirsə, mən onu sevirəm. Mən Allaya pərəstiş edirəm. Belə gecələrdə isə adi vaxtlardan fərqli olaraq ona 20 dəfə artıq pərəstiş edirəm. Çünki onun istedadını yaxından izləmək imkanı qazanıram. Bu, xüsusi xoşbəxtlikdir. Mən ona deyirəm: "Çoxları, hətta bilmir ki, sən oxumağı necə bacarırsan”. 

- Bəs nəvaxtsa kişilərə qısqanclıq etmisiniz?
- Qısqanclıq rüsvayçı hissdir. Onunla mübarizə aparmaq lazımdır. 18 yaşında, hətta 30 yaşında qısqanclıq etmək olar. Amma 50 yaşında, bu, tamamilə ayıbdır. Yaş sizi çərçivəyə salır. Bu, artıq qısqanclıq yox, hərəkət etmək deməkdir. 

- Yayda Yurmalada hava isti və şən olur. Siz orada qışda nə edirsiniz, darıxdırıcı deyil?
- Mənimçün Yurmalada ən xoşbəxt vaxt yay mövsümünün bitdiyi vaxtdır. Mən çimərliyə çıxıram və uzun, boş yolla piyada gedirəm. Dəniz, qum, üfiq, təmiz hava, sakitlik... Bax, bu, hissdir – heç hara qaçmaq lazım deyil, telefon işləmir, bütün stress keçib gedir. Yurmalanın qışı isə dayanacaqdır. 

- Bəs həyatın ötüb keçməsi hissi yoxdur?
- Yox, nə danışırsınız? Mən necə olmuşdusa, 6 il dalbadal Yurmalada yaşayıb işləmişdım. Burada bütün fəsillərə uyğun qrafikim var. İnanın ki, Yurmalaya həmin vaxt gələn insanlar bütün ili burada oturmaq istəyərlər. 

Mühafizəkaram

- Layma, bəs sizin arzularınız varmı?
- Mən mühafizəkaram. Dəyişikliyi sevmirəm. Hər şeyin adi vaxtlarda olduğu kimi olmasını istəyirəm. Təki, pis xəbərlər eşitməyim. Kimsə xəstələnməsin, ağlamasın, hər şey yaxşı olsun. Ona görə də mənim bu gün arzularım belədir: qoy həyat öz axarı ilə getsin və hər şey yaxşı olacaq. 

- Siz özünüz-özünüzü tərbiyə edirsiniz? Hansı xarakteriniz var ki, ona qarşı mübarizə aparırsınız?
- Nə danışırsınız, mən özümə pərəstiş edirəm. Ancaq təkcə çılğınlığım olmasaydı... Çox illər bundan əvvəl bununla mübarizə aparmalı idim. Mən nadir hallarda səhv edirəm. Ancaq haqsız olduğumu demək mənimçün çətin deyil. Başqalarının səhvlərini özüm bağışlayıram. 

- Yaxşı həyat üçün pul lazımdır. Bu, çox şey deməkdir?
- Pul onları yığmaqdan ötrü, özünü ən varlı adam saymaqdan ötrü lazım deyil. Bu, məni maraqlandırmır. Pulqabı azadlıq üçün lazımdır. Yəni sən dostunu gəzintiyə və ya restorana dəvət etmək üçün düşünməyəsən. 

- Siz güclüsünüz?
- Hamımız güclü insanlarıq. Nə qədər ki bizim qarşımızda qapılar bağlı deyil və öz-özümüzlə tək qalmamışıq...  
 
Rus mətbuatından çevirdi
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202