• cümə, 29 Mart, 11:47
  • Baku Bakı 5°C

Özbəkistandakı Məhəmməd Füzuli Mərkəzində görüş - Fotolar

04.11.19 11:30 830
Özbəkistandakı Məhəmməd Füzuli Mərkəzində görüş - Fotolar
Azərbaycanlı alim, "Kaspi” qəzetinin təsisçisi, filogiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti bu yaxınlarda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılan Məhəmməd Füzuli adınıa Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində olublar.
AMTTM-in rəhbəri, dossent Gülbahar Aşurova bu mərkəzin AMM-nin təşəbbüsü ilə yaradılması, eksponatlarla, kitablarla təmin olunmasının AMM tərəfdən həyata keçirilməsi haqqında söhbət açıb. O mərkəsin planları haqqında danışıb, bildirib ki, universitetin tələbələri hər gün buraya gəlir, Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlandıqlarını bildirirlər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqları salamlayıb, Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliğiməqsədilə yaradılan mərkəzin fəaliyyəti haqqında danışıb. O mərkəzdə azərbaycanlı alimlərin, şairlərin, yazıçıların iştirakı ilə müxtəlif görüşlərin, mühazirələrin, yubileylərin, açıq dərslərin, sərgi və seminarların təşkil olunacağını vurğulayıb.
Sona Vəliyeva mərkəzin iki ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın daha geniş tanıdılması, habelə Azərbaycan ədəbiyyatı, mədəniyyətinin və tarixinin öyrənilməsi üçün gözəl imkan açdığını deyib. O əmin olduğunu bildirib ki, bu mərkəz vasitəsi ilə universitetin müəllim və tələbələr Azərbaycanla, onun qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış ola biləcəklər.
Sonda Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov muğam və xalq mahnılarımızı ifa edib. Xanəndəni tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən "Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayət edib.

banner

Oxşar Xəbərlər