AZE | RUS | ENG |

Özbəkistanda Qara Qarayev adına "Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq

Özbəkistanda Qara Qarayev adına
Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına "Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq.

Bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.

BVildirilir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun rektoru İbrahim Yuldaşev arasında görüş keçirilib. Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Mədəniyyət və Sənət İnstitutu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Memorandumun imzalanması, gələcəkdə Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.

İ.Yuldaşev son zamanlar Özbəkistanda ölkə rəhbərliyi tərəfindən böyük islahatların, layihələrin həyata keçirildiyini qeyd edərək, ali məktəblərin də qarşısına mühüm vəzifələrin qoyulduğunu qeyd edib. O, xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqinə dair ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq təhsildə Azərbaycan təcrübəsinin öyrənilməsinin onlar üçün maraqlı və faydalı olduğunu bildirdi.

Daha sonra rektor İ.Yuldaşev rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verərək, İnstitutda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr barədə məlumat verdi.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru S.Abbasov Azərbaycanda dövlətin qayğısı nəticəsində ali məktəblərin, hər bir sahədə olduğu kimi mədəniyyət sahəsinin böyük intibah dövrünü yaşadığını qeyd etdi, həyata keçirilən işlər barədə məlumat verdi. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında danışaraq, son zamanlar Azərbaycan-Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, iki ölkənin müəssisələri arasında əməkdaşlığa dair Memorandumların imzalandığını vurğuladı. Ötən müddət ərzində ilk dəfə olaraq tərəflər arasında tələbə mübadiləsinin həyata keçirildiyini, Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlərin Özbəkistanda çap olunduğunu qeyd etdi.

O, 2018-ci ilin Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, habelə bu il Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illik, şair və dramaturqu Hüseyn Cavidin 135 illik yubileylərinin qeyd olunmasına dair Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncamların imzalandığını vurğulayaraq, Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”nin yaradılmasını təklif etdi. O, sözügedən Mərkəzə Azərbaycan tərəfindən müvafiq nəşrlərin, milli suvenirlərin, bədii və sənədli filmlərin, milli musiqimizə dair disklərin, foto və rəsmlərin hədiyyə olunacağını qeyd etdi.

Bundan başqa, İnstitutun nəzdindəki ali atestasiya komitəsində rəsmi qeydiyyatdan keçmiş Elmi Jurnalda mədəniyyət, kitabxana-informasiya sahəsi üzrə azərbaycanlı mütəxəssislərin elmi məqalələrinin Azərbaycan və rus dillərində dərc olunması məsələsi tərəflər arasında razılaşdırıldı.

Daha sonra Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr üçün azərbaycanlı alimlər, mütəxəssislər tərəfindən master-klasların təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edildi, konkret təkliflər irəli sürüldü.

Rektor İ.Yuldaşev Özbək və Azərbaycan xalqının milli bayramı – Novruz bayramının rəhbərlik etdiyi İnstititutda Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə qeyd olunması, bu məqsədlə açıq havada milli mədəni irsimizə dair sərgilərin, səhnəciklərin təşkili, habelə kitabxana-informasiya sahəsində Azərbaycan-Özbək terminlər lüğətinin hazırlanması təklifi ilə çıxış edib.

S.Abbasov Azərbaycan və Özbək xalqlarının milli mədəni irsi olan muğam və aşıq sənətinə dair birgə layihələrin həyata keçirilməsi, cari ilin mart ayında İnstitututda bir günün Azərbaycan mədəniyyətinə həsr edilməsi və bu məqsədlə İnstitutda "Azərbaycan Mədəniyyət günü”nün keçirilməsi təklifi ilə çıxış etdi və təklif razılaşdırıldı.

Qeyd edək ki, sözügedən tədbirlər çərçivəsində Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması və kitabxanada Azərbaycan guşəsinin yaradılması və nəzərdə tutulub.

Sonda İnstitutun binasına, müxtəlif fakültələrə baxış keçirildi, İnstitutun nəzdindəki rəqs, teatr məşğələləri auditoriyasına, habelə televiziya və radio sənəti mütəxəssisləri üçün laborotoriya ilə tanışlıq oldu. İnstitutdakı pantomima teatrının gənc istedadlı uşaqları çıxış etdilər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000