AZE | RUS | ENG |

Özbəkistanda “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı tədbir keçirilib

Özbəkistanda “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı tədbir keçirilib
Özbəkistandakı Heydər  Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzinin layihəsi ilə Daşkənd və digər şəhərlərdə keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri çərçivəsində bu ölkənin nüfuzlu təhsil ocağı olan Sənət və Mədəniyyət Universitetində "Azərbaycan, sənsən mənim ülviyyətim” adlı tədbir, möhtəşəm konsert proqramı təqdim edilib.
 
Tədbirdə sözügedən ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, ölkənin elm, mədəniyyət xadimləri, Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, jurnalistlər iştirak ediblər.
 
İlk öncə çıxış edən Özbəkistan Sənət və Mədəniyyət Universitetinin rektoru, professor İbrahim Yuldaşov "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərində rəhbərlik etdiyi ali məktəbin də iştirak etməsindən məmnun olduğunu qeyd edərək, vurğulayıb ki, dünyada Özbəkistan və Azərbaycan kimi çox az sayda xalqlar vardır ki, bir birinə bu qədər yaxın olsun. O, bu münasibətlərin həm orta əsrlərdə, həm Sovet dövründə, həm də ölkələrimiz istiqlaliyyət əldə etdikdən sonra da uğurla davam etdiyini söyləyərək, Azərbaycanın zəngin mədəniyyətinin öyənilməyə layiq olduğunu qeyd edib.
 
Rektor 2017-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzi ilə imzalanan Memorandumun uğurla icra olunduğunu, artıq Azərbaycan sənətçilərinin iştirakı ilə Universitetlərində 2 möhtəşəm dostluq konsertinin keçirildiyini, Universitetdə Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradıldığını qeyd edib, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərinə görə Azərbaycan dövlətinə, Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzinin direktoru Samir Abbasov çıxışında Mərkəzin layihəsi ilə hər il qardaş ölkədə keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” haqqında məlumat verərək, bu cür tədbirlərin xalqlarımızı bir birinə yaxınlaşdırdığını qeyd edib. O, Şərqdə ilk demokratik Cümhuriyyət quran, qadının ilk dəfə olaraq seçki hüququnu tanıyan, operanın əsasını qoyan, universitet, mətbuat, teatr, kino ənənələri ilə seçilən istedadlı xalqımızın yaratdığı zəngin mədəniyyəti və ədəbiyyatının dünyaya çatdırılmasının vacib və şərəfli iş olduğunu və bu istiqamətdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri qeyd edib.
 
Samir Abbasov qardaş Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatına böyük maraq və sevgi olduğunu və bunun əsas səbəbinin xalqlarımızın bir birinə ruhən yaxınlığı olduğunu bildirib.
Daha sonra "Azərbaycan! sənsən mənim ülviyyətim” adlı möhtəşəm konsert proqramı təqdim edilib.
Konsert proqramında Özbəkistanın xalq çalğı alətləri Ansamblı "SOQDİANA” Azərbaycan musiqisinin inciləri, dünya şöhrətli bəsətkarlarımzın əsərlərini ifa edib. Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abduraximovanın bədii rəhbər olduğu konsert proqramında "Koroğlu üverturası”, "Qarabağ Azərbaycanın incisi” adlı əsərlər səsləndirilib.
 
Tədbirdə Azərbaycan Respublikasının əməkdar artistləri Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov Özbəkistanın xalq çalğı alətləri Ansamblı ilə birgə çıxış ediblər, habelə milli musiqilərimizi ifa ediblər.
 
Proqramda Azərbaycan sənətçilərinin birgə dueti, Azərbaycan və Özbək musiqisinin inciləri səsləndirilib.
 
Tədbir tamaşaçıların çıxsaylı alqışları və böyük anşlaqla keçib. Sonda Azərbaycan sənətçiləri Fəxri Fərmanlara layiq görülüb.
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945