• cümə, 26 Aprel, 07:10
  • Baku Bakı 12°C

Özbəkistan Prezidenti Moskva və bütün Rusiyanın patriarxı ilə görüşüb

01.10.17 09:50 1008
Özbəkistan Prezidenti Moskva və bütün Rusiyanın patriarxı ilə görüşüb
Özbəkistan Prezidenti Şavkat Mirziyayev bu ölkədə səfərdə olan Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşüb.
Şavkat Mirziyayev görüşdə deyib ki, patriarx Kirillin Özbəkistana səfəri millətlərarası və konfensiyalararası həmrəylik, ölkələrimizdə tolerantlığın gələcəkdə daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bildirilib ki, bu gün Özbəkistanda 130 xalq və millətin, 16 konfessiyanın nümayəndələri bir ailə kimi yaşayır, onlara öz milli mədəniyyətlərini, adət-ənənələrini inkişaf etdirmək üçün hər cür şərait yaradılıb.
Qeyd olunub ki, Özbəkistanda 138 milli mədəniyyət mərkəzi var, Daşkənddə Dostluq evi və parkı yaradılıb, Nazirlər Kabineti yanında Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsi fəaliyyət göstərir. Gənclərin dini təhsili və maariflənməsinə böyük diqqət yetirilir, Daşkənd İslam Universiteti və institutu, 9 mədrəsə, pravoslav və protestant seminariyaları var. Səmərqənddə İmam Buxari Elmi-Tədqiqat Mərkəzi, Daşkənddə İslam Sivilizasiyası Mərkəzi yaradılır.
Patriarx Kiril Özbəkistanda millətlərarası sülh və sabitliyin, dostluq münasibətlərinin yaradılmasını, müxtəlif dini görüşləri olan insanların qarşılıqlı anlaşma şəraitində yaşamasını yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər