• cümə, 26 Aprel, 12:35
  • Baku Bakı 23°C

Yunəyirici-boyaq fabrikinin tikintisinə 17 milyon manatdan artıq vəsait ayrılıb

29.12.19 19:21 608
Yunəyirici-boyaq fabrikinin tikintisinə 17 milyon manatdan artıq vəsait ayrılıb
Prezident İlham Əliyev Yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncama əsasən, Yunəyirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.13-cü yarımbəndində göstərilmiş məbləğin 17 535 600 (on yeddi milyon beş yüz otuz beş min altı yüz) manatı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılır.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
banner

Oxşar Xəbərlər