• cümə, 26 Aprel, 13:00
  • Baku Bakı 23°C

Yunanıstanda “Odlar yurdu –Azərbaycan” adlı fotosərgi açılıb

27.10.19 18:15 1656
Yunanıstanda “Odlar yurdu –Azərbaycan” adlı fotosərgi açılıb
"Yunanıstanda Azərbaycan Günləri” layihəsi çərçivəsində Salonikidə "Odlar Yurdu-Azərbaycan” adlı fotosərgisi açılıb.
Layihə "QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan Diaspor Gəncləri platforması tərəfindən reallaşdırılıb.
AZƏRTACxəbər verir ki, sərginin təşkil edilməsində məqsəd Azərbaycanın tarixi və turistik bölgələrini yunan cəmiyyətinə və Yunanıstanda yaşayan fərqli icmalara təqdim etmək, iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığı inkişaf etdirmək, xalqları bir-birinə daha yaxından tanıtmaqdan ibarətdir.
Cəmiyyətin baş katibi Salatın Məmmədlinin verdiyi məlumata görə, sərgi yerli ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar arasında bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri, yerli QHT-lərin təmsilçiləri də yer alıb. Eyni zamanda, layihə yerli kütləvi informasiya vasitələrinin də nəzərindən qaçmayıb. Yunanıstan mediası sərgi ilə bağlı bir neçə məqalə yayımlayıb.

banner

Oxşar Xəbərlər