AZE | RUS | ENG |

Yük göndərənin və ekspeditorun məsuliyyəti artırılır

Yük göndərənin və ekspeditorun məsuliyyəti artırılır
Azərbaycanda yük göndərənin və ekspeditorun məsuliyyəti gücləndirilir. Trend-in məlumatına görə, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, Məcəllənin 851-ci maddəsinə (Yük göndərən və yük alan) "Daşıyıcı" anlayışı əlavə olunur: "Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir".
Yeni 853.1-1-ci maddədə bildirilir ki, yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.
Dəyişikliyə əsasən, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.
Qanun layihəsi yük daşınması müqaviləsinin, o cümlədən yük göndərən anlayışının dəqiqləşdirilməsi, daşıyıcı və yük alan anlayışlarının müəyyən olunması, habelə yük göndərənin və ekspeditorun (daşıyıcılar vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs) məsuliyyətinin gücləndirilməsi məqsədilə hazırlanıb.
Müasir dövrdə daşımalarda ekspeditorların rolu artır. Belə bir şəraitdə ekspeditora qarşı yaranan tələblərin icra mexanizminin olması, o cümlədən məhkəmədən öncə pretenziya irəli sürülməsi imkanının nəzərdə tutulması ekspeditorun məsuliyyətini artırmaqla, mübahisələrin daha çevik həllinə imkan yaradır.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976