• cümə, 26 Aprel, 15:05
  • Baku Bakı 23°C

Yeni Baş nazir: "Bundan sonra başqa formada işləməyə başlayacağam"

21.04.18 12:40 758
Yeni Baş nazir: "Bundan sonra başqa formada işləməyə başlayacağam"
"Bu günə qədər ancaq çox danışırdımsa, yeni işimlə əlaqədar bundan sonra daha çox başqa formada işləməyə başlayacam. Yəni, daha çox işləmək lazım olacaq".

APA-nın məlumatına görə, bunu Azərbaycanın yeni baş naziriNovruz MəmmədovMilli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.

O bildirib ki, Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir: "Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik”.

N. Məmmədov ona göstərilən yüksək etimada görə Prezidentİlham Əliyevə, onun namizədliyini təsdiq etdiyi üçünMilli Məclisə minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər