• şənbə, 27 Aprel, 08:18
  • Baku Bakı 12°C

Millət vəkili İrəvana varislik hüququ barədə sənəd qəbul edilməsini təklif edib

01.02.17 15:10 764
Millət vəkili İrəvana varislik hüququ barədə sənəd qəbul edilməsini təklif edib
"İrəvan daxil olmaqla,Azərbaycan Xalq Cümhuriyyətidövründə ermənilərə verilmiş 9 min kvadrat kilometr torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırmalıyıq”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
Y. Mahmudov bildirib ki, 9 min kv.km. torpaq ermənilərə müəyyən şərtlərlə verilib: "Bu sənədləri xaricdən Tarix İnstitutuna gətirmişik. Həmin torpaqlarda azərbaycanlıların yaşamasının təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağlı müvafiq addım atmalıyıq. Biz həmin sənədlərin hamısını parlamentə təqdim etməyə hazırıq”.
Y. Mahmudov prezident İlham Əliyevin çıxışlarında da dəfələrlə həmin torpaqların Azərbaycan xalqına qayıdacağını vurğuladığını xatırladıb: "Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir”.
banner

Oxşar Xəbərlər