• şənbə, 27 Aprel, 05:11
  • Baku Bakı 14°C

Yaponlar YAP-da - Görüş

05.05.16 10:58 1138
Yaponlar YAP-da - Görüş
Əli Əhmədov Yaponiya Liberal Demokrat Partiyasının nümayəndə heyəti ilə görüş keçirib
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Yaponiya Liberal Demokrat Partiyasının (LDP) nümayəndə heyəti ilə görüş keçirib.
APA-nın məlumatına görə, görüşdə LDP-nin Beynəlxalq əlaqələr bürosunun baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka, LDP Beynəlxalq əlaqələr bürosunun fəaliyyətdə olan baş direktoru, Nümayəndələr Palatasının üzvü Daişiro Yamagiva, LDP İnformasiya Bürosunun baş direktor müavini, Nümayəndələr Palatasının üzvü Yasumasa Nagasaka iştirak edib.
Ə. Əhmədov iki ölkə arasındakı əməkdaşlıqdan danışaraq bu əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əmin olduğunu bildirib: "Hesab edirəm ki, bu günləri iki partiya arasında əməkdaşlığın inkişafının tarixi başlanğıcı saymaq olar”.
K. Tanaka isə görüşə vaxt ayırdığına görə Ə. Əhmədova təşəkkür edib: "İlk dəfədir ki, Azərbaycana səfər edirəm”.
Görüşdə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, deputat Sevinc Fətəliyeva, YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də iştirak edib.
banner

Oxşar Xəbərlər