• cümə, 26 Aprel, 12:57
  • Baku Bakı 23°C

Yaponiya və Rusiya xarici işlər nazirlərinin müavinləri Şimali Koreya məsələsini müzakirə ediblər

19.08.17 09:50 1132
Yaponiya və Rusiya xarici işlər nazirlərinin müavinləri Şimali Koreya məsələsini müzakirə ediblər
Yaponiya xarici işlər nazirinin müavini rusiyalı həmkarı ilə görüşdə Şimali Koreyanın nüvə və raket proqramlarının dayandırılması üçün bu ölkəyə təzyiqlərin artırılmasının zəruriliyini bildirib.
AZƏRTACNHK telekanalına istinadla xəbər verir ki, nazir müvinləri Takeo Akiba və Serqey Ryabkov avqustun 18-də Moskvada görüşüblər.
T.Akiba bəyan edib ki, Şimali Koreya raket və nüvə proqramlarını inkişaf etdirərək yeni səviyyəyə qalxmaqda davam edir. Yapon diplomat qeyd edib ki, Rusiyanın dialoqa üstünlük verməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət Şimali Koreyaya birgə təzyiqlərin göstərilməsini zəruri hesab edir.
Görüş zamanı Rusiya tərəfi ABŞ və Yaponiyanın birgə raketdənmüdafiə sistemləri ilə əlaqədar məsələ qaldırıb. Yaponiya tərəfi bəyan edib ki, bu, regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
Hər iki tərəf etiraf edib ki, həm Rusiya, həm də Yaponiya üçün Şimali Koreyaya münasibətdə təhlükəsizlik məsələləri ilə bağlı danışıqların davam etdirilməsi zəriridir.
Görüşdə tərəflər arasında növbəti danışıqların Tokioda keçirilməsi barədə razılıq əldə olunub.
banner

Oxşar Xəbərlər