• cümə axşamı, 02 may, 01:38
  • Baku Bakı 15°C

YAP gəncləri dövlətimizin başçısının prezident seçkilərində qələbə qazanmasına töhfə verəcəklər

01.02.18 19:38 681
YAP gəncləri dövlətimizin başçısının prezident seçkilərində qələbə qazanmasına töhfə verəcəklər
İnanırıq ki, Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qələbə qazanmasına töhfələrini verəcəklər.
AZƏRTACxəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov 2 fevral – Gənclər Günü münasibətilə YAP gəncləri ilə keçirilən görüşdə deyib.
Bu il keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin dövlətimizin başçısı İlham Əliyev olduğunu vurğulayan Əli Əhmədov deyib: "İnanırıq ki, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər seçkilərdə YAP-ın namizədinin - Prezident İlham Əliyevin qələbəyə nail olması üçün öz töhfələrini verəcəklər”.
banner

Oxşar Xəbərlər