• şənbə, 27 Aprel, 06:55
  • Baku Bakı 12°C

Xumar Qədimova: “Sevgim yarımçıqdı...“

06.05.14 14:21 1345
Xumar Qədimova: “Sevgim yarımçıqdı...“
Müğənni Xumar Qədimova xalq artisti Aygün Kazımova ilə münasibətləri haqda yayılan söz-söhbətlərə son qoyub Axşam.az xəbər verir ki, sənətçi “Şoubiz+” verilişinə açıqlamasında onunla küsülü olmadığını, dostluq münasibətlərinin davam etdiyini bildirib. O, aparıcının “Aygün xanımla aranızda soyuq yellər əsir” sualına belə reaksiya verib:
“Niyə hər hansı sənət yoldaşımdan küsməliyəm? Aygündən niyə küsüm? Küsülü deyilik. Aygün belə deyir? Əgər o, məndən inciyibsə, demək, məni çox istəyir”.
X.Qədimova ilk dəfə sevgisindən də danışıb: “Sevgi həyatımda yarımçıqdır, bütövləşməyib. Vəziyyət yaxşı deyil. Yalandan deyə bilmərəm ki, sevgi əladır. Əla deyil axı”.
banner

Oxşar Xəbərlər