• cümə, 26 Aprel, 15:46
  • Baku Bakı 23°C

“Xocalı faciəsinin günahkarları cəzalandırılmalıdır”

21.02.14 11:05 1185
“Xocalı faciəsinin günahkarları cəzalandırılmalıdır”
APA TV-nin xəbərinə görə, bu fikirləri Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Bakıda səfərdə olan Moldovanın Ombudsmanı Aurelia Qriqoriu deyib. O, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək üçün həmişə Azərbaycan xalqının yanında olduğunu vurğulayıb: "Xocalı faciəsinin 22-ci ildönümü yaxınlaşır. Orada baş verənlər dəhşətli və dözülməzdir. Mən Azərbaycan xalqını bu matəm günündə dəstəkləmək üçün gəlmişəm. Demək istəyirəm ki, indi ən vacib məsələ beynəlxalq diqqəti bu faciəyə yönəltməkdir. O cümlədən, bu hadisələrinin bir daha baş verməməsi üçün təqsirkar şəxslər beynəlxalq hüquq və normalar çərçivəsində cəzalandırılmalıdır".
O, Bakıya səfəri çərçivəsində bu soyqırımının beynəlxalq ekspertlər və siyasətçilərlə birlikdə müzakirə edəcəklərini diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər