• cümə, 26 Aprel, 23:09
  • Baku Bakı 22°C

Xırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrılıb

12.06.17 18:40 1121
Xırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də "Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTACxəbər verir ki, Sərəncama əsasən, 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
banner

Oxşar Xəbərlər