• cümə, 26 Aprel, 23:00
  • Baku Bakı 22°C

XİN "Amnesty İnternational”-ın Lapşinlə bağlı bəyanatına münasibət bildirib

15.02.17 17:20 765
XİN "Amnesty İnternational”-ın Lapşinlə bağlı bəyanatına münasibət bildirib
"Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi bəyanatı ikili standartların ifrat nümunəsidir".

BunuAPA-yaXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev"Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar açıqlamasına münasibət bildirərkəndeyib.O bildirib ki, sırf hüquqi müstəvidə olan A. Lapşin məsələsinə "Amnesty İnternational”-ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır: "Niyə "Amnesty İnternational” beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Cingiz Əsgərovun cəsədinin bir aydan artıq müddətdə qaytarılmaması və ya ata-analarının qəbrlərini ziyarət edərkən girov götürülmüş və fiziki və psixoloji isgəncələrlə üzləşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsində susqunluq və görməməzliyə üstünlük verir? Hər bir fürsətdə Azərbaycanı əsassız olaraq tənqid etməyə aludə olan "Amnesty İnternational” Ermənistanın işğalı nəticəsində Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına münasibətdə indiyə qədər mövqe ortaya qoymayıb".

Hikmət Hacıyev bildirib ki,Rusiya və İsrail səfirliklərinin konsulluq xidmətləri, A.Lapşinin vəkili onun saxlanma şəraitindən məmnun olduqları halda, "Amnesty İnternational”-ın A.Lapşinin işgəncələrlə üzləşə biləcəyi barədə cəfəng açıqlaması yalnız gülünc doğurur: ""Amnesty İnternational” Azərbaycana qarşı bu kimi ikili və yalan əsaslı siyasəti ilə NGO (QHT) deyil, artıq siyasi leksikona geniş sirayət etmiş "GONGO” təsiri bağışlayır".
banner

Oxşar Xəbərlər