• cümə, 26 Aprel, 19:30
  • Baku Bakı 22°C

XİN ABŞ-dakı silahlı insidentlərlə bağlı başsağlığı verib

04.08.19 14:50 9354
XİN ABŞ-dakı silahlı insidentlərlə bağlı başsağlığı verib
AzərbaycanınXarici İşlər Nazirliyi(XİN) ABŞ-ın Texas və Ohayo ştatlarında çoxsaylı insan ölümü ilə nəticələnən silahlı insidentlərlə bağlı yerli hökumətə başsağlığı verib.
"Report” xəbər verir ki, bu barədə məlumat XİN-in "Twitter" mikrobloquna yerləşdirilib.
"Biz Texasın El-Paso və Ohayonun Deyton şəhərlərində baş vermiş silahlı insidentlər zamanı çox sayda günahsız insanın ölümünə və onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik", - deyə məlumatda bildirilir.

banner

Oxşar Xəbərlər