AZE | RUS | ENG |

Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib

Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib
Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatıb.
 
APA-nın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edib.
 
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev X.Mirzəzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib: "Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri ilə vidalaşırıq. Onun musiqisi dünyanın  bir çox ölkələrində  səslənərək rəğbət qazanıb. Heç kəs bu dünyada əbədi qalmır, illər keçir, dövr dəyişir, amma bu dünyadan köçənlər insanların yaddaşında əməlləri, yaratdığı əsərlər və xoş təəssüratları ilə qalır. Allah rəhmət eləsin".
 
Bəstəkar, xalq artisti Faiq Sücəddinov  X.Mirzəzadənin vəfatının ağır bir itki olduğunu  və onun həmişə qəlblərdə yaşayacağını  deyib.
  
Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva, Akademiyanın  prorektoru Zemfira  Qafarova mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər.
  
Ailəsi adından mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə vida mərasimində iştirak edənlərə təşəkkür edib.
  
Mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000