AZE | RUS | ENG |


“Xənnas” filmi həftəsonu satış rekordlarını qırdı - Fotolar

“Xənnas” filmi həftəsonu satış rekordlarını qırdı - Fotolar
Azərbaycan kinematoqrafiya sahəsində ilk mistik triller janrında olan, Elvin Abdullanın  "Xənnas” qorxu filmi tamaşaçılara təqdim olundu.  Filmin çəkiliş prosesi zamanı belə mətbuatın böyük diqqətini toplayan sözügedən film sözün hər mənasında özünü doğrultdu. Belə ki, ölkəmizin ilk qorxu filmi kinosevərlərin rəğbəti ilə qarşılaşıb. Bunu ilk növbədə sosial şəbədələrdəki paylaşımlara əsaslanıb deyə bilərik. Daha çox gənc kütlənin diqqətini çəkən film haqqında paylaşımlar, müsbət rəylər, bitib tükənmir. 

Biz də filmin yalnız sosial şəbəkələrdəki paylaşımlarını deyil, eybi zamanda satışlarındakı durumunu da öyrənməyə çalışdıq.  Aydın oldu ki, Azərbaycan kinematoqrafiya sahəsində ilk mistik triller janrında çəkilən filmə  böyük tələbat var. 

 "Xənnas” filmi həftə sonu Azərbaycan filmləri arasında ən çox baxılan filmlər sırasında "Top-10”-luqda ilk yeri tutur.  
 
"CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə ilə əlaqə saxlayıb, ondan filmin satış göstəricisi barədə xəbər aldıq. Z.Darabzadə bizimlə söhbətində bildirdi ki, "Xənnas” filmi çox uğurlu və keyfiyyətli filmlər sırasında yer alıb: "Repertuarımıza yeni qatılan "Xənnas” filminə tələbat həddən artıq çoxdur. Tələbat da ondan qaynaqlanır ki, bu film çox maraqlıdır. Ona görə ki, fərqli janrdadır və maraqlı rejissor yozumu var. İndiyə qədər kinoteatrlarımızda komediya, dram janrında çox filmlər çəkilib.  Qorxulu janrda isə ilk dəfədir ki, film çəkilir. Tamaşaçılarımız "Xənnas” filminə çox müraciət edir. Bu film  sevilir. Sizə onu deyə bilərəm ki, "Xənnas” filmi bizim kinoteatrlarımızda çox yaxşı izlənilir”.
 
 Filmin rejissoru, müəllifi Elvin Abdulla isə sualımıza cavab olaraq bildirdi ki, hər gün ona kinoteatrlardan  filmin satışı ilə bağlı məlumat verilir: "Qaladan 4 gün keçməsinə baxmayaraq  hələ də təbrik mesajları alıram və almaqda davam edirəm. "Xənnas” filminə olan maraq həddən ziyadə artıqdır.  Buna görə bütün dostlarıma  təşəkkür edirəm. Sözün əsil mənasında filmin tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Bu bir rejissor olaraq məni çox sevindirir”.  
 
Xəyalə Rəis





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008