AZE | RUS | ENG |

Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
Moskva Rusiya və Fransa xarici işlər nazirlərinin iyunun 20-də keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlinin müzakirəsini istisna etmir.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
"Biz bu məsələnin beynəlxalq problemlərin müzakirəsi zamanı qaldırılmasını istisna etmirik. Bu, təbiidir. Biz fransız həmkarlarımızla Dağlıq Qarabağ məsələsi ilə bağlı da təmasdayıq” - deyə Rusiya XİN-in sözçüsü qeyd edib.
 
Xatırladaq ki, iyunun 20-də Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan İv le Drian Moskvada görüşəcəklər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000