• cümə, 26 Aprel, 07:38
  • Baku Bakı 12°C

Xanım Qafarova xəstəxanaya yerləşdirildi: yeriyə bilmir

11.06.14 16:25 1231
Xanım Qafarova xəstəxanaya yerləşdirildi: yeriyə bilmir
Əməkdar artist Xanım Qafarovanın səhhətində ciddi problem yaranıb. Aznews.az-ın məlumatına görə, X.Qafarovanın iki gün əvvəl Onkoloji Mərkəzinə yerləşdirilib. Ailəsindən bildiriblər ki, o artıq yeriyə bilmir: “Xanımın səhhətində ciddi narahatlıq yarandı. Gözlənilmədən qanı aşağı düşdü, iştahadan kəsildi. Bu da onun yerimək qabiliyyətini itirdi. Bu səbəbdən də Xanımı xəstəxanaya aparmaq məcburiyyətində qaldıq”.
Ailəsindən o da qeyd olunub ki, hazırda ciddi müalicə prosesi gedir: “Müalicə yaxşı nəticə versə, o, Türkiyəyə müayinəyə gedəcək”.
X.Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla bağlı 3 dəfə əməliyyat olunub və Türkiyədə müalicə kursu keçib.
banner

Oxşar Xəbərlər