Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək

Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək

Mədəniyyət
11 Oktyabr 2019, 09:51 205
Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin "XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur.
Trend-in məlumatına görə, bu münasibətlə, 2019-cu ilin oktyabrın 15-də Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və "Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə "Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir.
Dağıstanın ilk Xalq şairi Süleyman Stalskinin əsərləri keçmiş SSRİ xalqlarının, həmçinin dünyanın yüzdən çox ölkəsinin dillərinə tərcümə olunmuşdur. Bu il Rusiya Federasiyasında, o cümlədən Dağıstan Respublikasında şairin 150 illik yubileyi təntənə ilə qeyd edilmişdir.

Dağıstan və ləzgi ədəbiyyatı xəzinəsinə qiymətli əsərlər bəxş etmiş bu şəxsiyyət çoxları üçün yüksək insani dəyərlər və mənəvi zənginlik rəmzi olmuşdur. Böyük şair ilk məktəbi Bakı fəhlə sinfi içərisində keçmişdir. O, özünün ana dili olan ləzgi dilində yazdığı kimi, bir sıra şeirlərini qardaş Azərbaycan xalqının dilində yaratmışdır. Onun Azərbaycan və Dağıstan xalqlarının dostluğunu tərənnüm edən şeirləri əvəzsiz poeziya nümunələridir.