• şənbə, 27 Aprel, 03:37
  • Baku Bakı 14°C

Xalq artistinin xanımı və nəvəsi qəzada həlak oldu

15.03.14 08:47 1686
Xalq artistinin xanımı və nəvəsi qəzada həlak oldu
ANS Press-in məlumatına görə, Zığ yolu şosesində qeydə alınan hadisə zamanı iki minik avtomobili toqquşub. Hava limanı istiqamətində hərəkətdə olan "Mercedes Galendewagen” maraklı minik maşını idarəetmədən çıxaraq "VAZ 2106” maraklı minik maşınına çırpılıb. Zərbə o qədər güclü olub ki, "Jiquli” deforasiyaya uğrayaraq tanınmaz hala düşüb.
"Jiquli” ilə toqquşmadan sonra "Mercedes” 300 metr məsafə qət edib və dəmir arakəsmələrə çırpıldıqdan sonra əlavə 200 metr məsafə gedib və yolun ortasına aşıb.
Nəticədə "VAZ 2106”-da olan orta yaşlı xanım hadisə yerində, 3 yaşlı uşaq isə xəstəxanaya aparılarkən yolda dünayasını dəyişib. Qəza zamanı iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar maşında olan sərnişinlər 64 yaşlı Ağasəlim Abdullayev və 30 yaşlı Səadət Abdullayevadır.
Qeyd edək ki, bu, Azərbaycanın mahir tar ifasçısı, xalq artisti Ağasəlim Abdullayevdir. Avtoqəzada dünyasını dəyişən xanım onun həyat yoldaşı, azyaşlı isə nəvəsi olub.
Qəza yerinə Suraxanı rayon polis idarəsi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Aparılan araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən "Mercedes”in həddən artıq sərxoş olub.
Faktla bağlı cinayət işi başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq "Mercedes"in sürət həddini aşması göstərilir.
banner

Oxşar Xəbərlər