AZE | RUS | ENG |

Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək

Xalq artisti Gülxar Həsənovanın 100 illiyi qeyd ediləcək
2018-ci il dekabr ayının 10-da Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti, Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, saat 12.00-da İkinci Fəxri Xiyabanda onun məzarı ziyarət ediləcək, saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında sənətkarın 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Gülxar Həsənova uzun illər ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində unudulmaz obrazlar yaradaraq tamaşaçı rəğbəti qazanıb. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı olan sənətkarın gənc ifaçıların hazırlanmasında özünəməxsus xidmətləri var.
Azərbaycan Respublikası Prezidentinin "Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949