AZE | RUS | ENG |

Xalq Artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub

Xalq Artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub
20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbirlərdən biri də Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş olunan Xalq artisti Firəngiz Əlizadənin "İntizar” operası olub.
 
AZƏRTAC xəbər verir ki, 11 il bundan əvvəl yazılmış əsər özündə Azərbaycan xalqının fikir və arzularını, vətənpərvərliyini və qələbəyə olan inamını tərənnüm edir. Operanın libretto müəllifi, akademik Nərgiz Paşayevadır.
 
Əsərdə əvvəlcə xoşbəxt ailəni görürük. Bütün hisslər və niyyətlər Arif ilə Mələyin qarşıdakı toyuna yönəlib. Lakin Vətənimizin başı üzərini alan qara buludlar bu sadə və gözəl insanların ümid və arzularını həyata keçirməyə imkan vermir. Şəhərlər və kəndlər, çiçəkləyən bağçalar, ailə yuvaları dağıdılıb. Hər şey xaosa və tənhalaşmaya məruz qalıb. Nişan mərasimində "Qarabağ şikəstəsi”ni ifa etməsiylə yadımızda qalan ailənin kiçik övladı – gələcək Xilaskardan başqa bütün üzvləri həlak olur.
 
Operanın musiqisi ilk notlardan özünün dramatikliyi, lirik melodiyanın gözəlliyi, möhtəşəm xor səhnələri, orkestrin ustalığı ilə insanı ələ alır. Səhnədə baş verən faciəli hadisələri İnarə Babayeva (zərif Mələk), Fərid Əliyev (Coşğun Arif), Əkrəm Poladov (alicənab Seyid kişi), Qərinə Kərimova (ailənin anası, sədaqətli və qayğıkeş Əsli) bütünlüklə dərindən hiss edərək öz opera obrazlarını yaradıblar. İlham Nəcəfovun ifasında Gəlmə və Fəhmi Əhmədlinin ifasında İtkin mənfi obrazları da təsir bağışlayırdı. Yaralı kəndçinin rolunu bütün illər ərzində Tural Ağasıyev dəyişməz və gözəl ifa edir.
 
Tərkibində yeni, gənc ifaçıların olmasına baxmayaraq, teatrın xoru (xormeyster - Sevil Hacıyeva) da özünü yaxşı nümayiş etdirib. Müasir operanın bütün bu mürəkkəb və çoxtərkibli "orqanizmi”ni coşqunluq və yüksək peşəkarlıqla teatrın musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edirdi. Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi.
 
F.Əlizadənin "İntizar” operası yazıldığı 2007-ci ildən bir neçə dəfə dəyişdirilib: opera, həmçinin konsert ifası formasında (dirijor – Xalq artisti Fəxrəddin Kərimov), Heydər Əliyev Sarayının səhnəsində tanınmış opera rejissoru, Rusiyanın Xalq artisti Dmitri Bertmanın rəngarəng əfsanəvi təqdimatında da nümayiş etdirilib. Son versiya əsasında film-opera akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihəsi ilə yaradılıb. Azadlıqsevər Azərbaycan xalqının faciəli və unudulmayan tarixi səhifələrinə həsr edilən "İntizar” operasının bu müxtəlif interpretasiyaları bir daha bu əsərin hələ də tükənməyən yaradıcı potensialını nümayiş etdirir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219