• şənbə, 27 Aprel, 02:55
  • Baku Bakı 14°C

Vüsalə Musayevanın Qazaxıstan sərgüzəştləri

31.07.14 13:44 2296
Vüsalə Musayevanın Qazaxıstan sərgüzəştləri
Opera və Balet Teatrının solisti Vüsalə Musayeva Qazaxıstanın Astana şəhərində keçirilən “Astana keştəri” (“Astana axşamları” ) festivalından dönüb. Bu barədə o, “Kaspi”-yə açıqlamasında bildirib. Artıq ikinci dəfədir keçirilən festivala dünyanın bir çox ölkələrindən olan məşhur musiqiçilər qatılıb.
Xanəndə festivalın açılış mərasimində təşkil edilən konsert proqramında çıxış edib. Onu əməkdar artist Elşən Mansurov və Malik Mansurovun rəhbərlik etdiyi ansambl müşayiət edib: ““Astana keştəri” bizim Qəbələ festivalına oxşayır. Biz festivala fəxri qonaq kimi dəvət olunmuşduq. Çıxışımız Qazaxıstanın modern üslubda olan və gözəlliyi ilə tanınan Opera və Balet Teatrında oldu. Əvvəlcə mən, Elnur Zeynaolv və Məryəm Şabanova birlikdə “Bayatı-Şiraz” dəsgahını təqdim etdik. Sonra ayrı-ayrılıqda öz solo ifamızı səsləndirdik. Mən ifama “Şur” təsnifi ilə başladım, muğamla davam etdim və korifey sənətkarımız Rübabə Muradovanın repertuarından olan “Heydərbabaya salam” mahnısını ifa etdim. Çıxışımız alqışlarla və rəğbətlə qarşılandı”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər