AZE | RUS | ENG |


Vüsal Qasımlı: "Prezident Administrasiyasında struktur dəyişiklikləri iqtisadi siyasət kontekstində islahatlara yeni nəfəs verəcək"

Vüsal Qasımlı:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezident Administrasiyasının strukturunda edilən dəyişikliklərlə bağlı APA-ya müsahibə verib:
 
- Ölkə başçısının Prezident Administrasiyasının strukturunda etdiyi son dəyişiklikləri necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, son dövrlərdə Azərbaycanda bir çox mühüm islahatlar, o cümlədən institusional islahatlar davam etdirilməkdədir. Cənab Prezidentin siyasi iradəsi ilə aparılan bu islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Prezident Administrasiyasının strukturunda aparılan islahatlar da cənab Prezidentə daha effektiv və  çevik xidmət etməyə imkan verən idarəetmə aparatının formalaşdırılmasına yönəlmişdir. Edilən dəyişikliklərlə Prezident Administrasiyasında mövcud olan müxtəlif vəzifə təsnifatlarının azaldılması və eyniləşdirilməsi, əlaqəli sahələr üzrə vahid vəzifə təsnifatının müəyyənləşdirilməsi və bununla effektiv koordinasiyanın təmin edilməsi, Administrasiyada daha geniş spektrli Prezident köməkçiləri strukturunun formalaşdırılması, dövrün tələblərinə adekvat yeni şöbələrin yaradılması və ya mövcud şöbələrin funksiyalarının təkmilləşdirilməsi təmin edilmişdir.
 
- Edilən dəyişikliklərdən biri də  Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifə təsnifatına iqtisadi siyasət və sənaye məsələləri funksiyasının əlavə edilməsidir. Sizcə, bu dəyişiklik iqtisadi islahatlara nə kimi töhfə verəcək?
- Bu dəyişiklik haqqında onu deyə bilərəm ki, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin funksiyalarına iqtisadi siyasət və sənaye məsələlərinin də əlavə edilməsi iqtisadi islahatların əhatə dairəsinin genişlənməsinə və Strateji Yol Xəritəsinin icrası üçün daha əlverişli şəraitin formalaşmasına zəmin yaradır. Mövcud dəyişikliklər, həmçinin, iqtisadi siyasətlə iqtisadi islahatların daha səmərəli sinerjisinin təmin olunmasına, iqtisadi islahatların  bütün iqtisadi siyasət arsenalını əhatə etməsinə və formalaşdırılan vahid iqtisadi siyasət çərçivəsi daxilində daha effektiv iqtisadi islahatların aparılmasına gətirib çıxaracaqdır. Beləliklə, bu dəyişiklik iqtisadi siyasət kontekstində iqtisadi islahatların yeni nəfəs qazanmasına xidmət edəcəkdir. Bildiyiniz kimi, iqtisadi islahatlar iqtisadi siyasətin alt komponentidir və onun reallaşdırılma mexanizmidir. Edilən dəyişiklik vahid siyasət çərçivəsi ilə onun reallaşdırılması mexanizmi olan islahatlar arasında daha koordinasiyalı sistemin yaradılmasına imkan verəcəkdir.
 
- Bəs iqtisadi islahatların planlaşdırılması və icrası ilə bağlı institusional struktur necə fəaliyyət göstərəcək?
- Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin strukturunda əvvəlki kimi 2 sektor: iqtisadi islahatların təhlili və planlaşdırılması və iqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorları iqtisadi islahatların təhlillər əsasında planlaşdırılması, sonradan monitorinqi və qiymətləndirilməsi fəaliyyətləri ilə məşğul olacaqdır. Digər sektorlar isə bu sektorların fəaliyyətinə dəstəkləyici funksiyalar həyata keçirəcəkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi isə Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisinin xidməti ilə birgə iqtisadi islahatların planlaşdırılması məqsədilə təhlillərin aparılması, qəbul edilmiş islahat qərarlarının effektiv kommunikasiyası, eləcə də monitorinqi və qiymətləndirilməsi fəaliyyətlərini davam etdirəcəkdir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008