AZE | RUS | ENG |

Vladimir Zelenski: Yeni Baş Nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır

Vladimir Zelenski: Yeni Baş Nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır
Ukraynanın yeni Baş Naziri peşəkar iqtisadçı olmalı və hər hansı siyasətlə bağlılığı olmamalıdır.
AZƏRTAC xəbər verir ki, növbədənkənar parlament seçkilərində səsvermədən sonra bu barədə jurnalistlərə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
V.Zelenski Baş Nazir seçimində mövqeyinin dəyişməz qaldığını açıqlayıb: "Hesab edirəm ki, Ukraynanın yeni Baş Naziri tam müstəqil, peşəkar iqtisadçı olmalıdır. Nə vaxtsa Baş Nazir, spiker, hansısa partiyanın lideri olmayan şəxs yeni Baş Nazir postuna layiqdir. Hazırda bununla bağlı məsləhətləşmələr aparılır”.
Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir. Yeni parlament formalaşandan sonra Ukraynanın yeni Baş Naziri seçiləcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946