• cümə, 26 Aprel, 06:18
  • Baku Bakı 12°C

Vladimir Zelenski Sergey Lavrovla görüşüb

25.09.19 11:45 513
Vladimir Zelenski Sergey Lavrovla görüşüb
Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Tramp tərəfindən nümayəndə heyətlərinin başçılarının şərəfinə verilən qəbulda Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə RİA Novosti-yə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, görüş qısa keçib.
Qeyd edək ki, BMT Baş Assambleyasının iclasında Rusiya nümayəndə heyətinə Rusiya XİN başçısı Sergey Lavrov rəhbərlik edir. Onun iclasda çıxışı sentyabrın 27-nə planlaşdırılıb.
banner

Oxşar Xəbərlər