• cümə, 26 Aprel, 20:59
  • Baku Bakı 22°C

Vladimir Putin: "Skripal və qızının zəhərlənməsi işi üzü şübhəlilər Rusiya hökumətinə məlumdur"

12.09.18 12:37 554
Vladimir Putin: "Skripal və qızının zəhərlənməsi işi üzü şübhəlilər Rusiya hökumətinə məlumdur"
"Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi işi üzrə şübhəli şəxslər Rusiya hökumətinə məlumdur".
"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.
Onun sözlərinə görə, bunlar mülki şəxslərdir. Dövlət başçısı onları ortaya çıxmağa və KİV ilə ünsiyyət qurmağa çağırıb.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Tereza Mey S.Skripal və qızınınzəhərlənməsində rəsmən Rusiyanı ittiham edib. Onun sözlərinə görə, əməliyyat, çox güman, Kreml tərəfindən razılaşdırılıb.
banner

Oxşar Xəbərlər