AZE | RUS | ENG |

"VII Qlobal Bakı Forumu çox böyük beynəlxalq auditoriya cəlb edib"

VII Qlobal Bakı Forumu çox böyük beynəlxalq auditoriya cəlb edib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin deyib.
O bildirib ki, budəfəki forumda bir sıra ölkələrin dövlət və hökumət başçıları, həmçinin sabiq prezident və baş nazirlər iştirak edirlər: "Foruma nüfuzlu ekspertlər də qatılıb, onlarla daha yaxşı gələcəyin qurulması ilə bağlı atılacaq addımlar müzakirə olunacaq. Biz xarici siyasət məsələlərini müzakirə etmək üçün buradayıq".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri vurğulayıb ki, hər bir ölkə nəinki qonşu ölkələrə, həmçinin təbiətə münasibətdə siyasətini formalaşdırmalıdır: "Məsələn, iqlim dəyişiklikləri ilə mübarizə üzrə siyasət".
Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Mövzusu "Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.
Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311