• çərşənbə axşamı, 19 mart, 13:41
  • Baku Bakı 8°C

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi

24.08.19 15:30 4985
Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi
2019-cu ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 907,4 min manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz az vəsait sərf olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, bu vəsaitin 80 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 20 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 130,9 milyon ədəd balıq körpələrinin 127,8 milyon ədədi bitki ilə qidalanan balıqlar, 2,6 milyon ədədi çəkikimilər, 0,3 milyon ədədi nərəkimilər, 0,2 milyon ədədi qızıl balıqlar olub.
banner

Oxşar Xəbərlər