AZE | RUS | ENG |

Vaşinqtonda KXDR məsələsi müzakirə olunacaq

Vaşinqtonda KXDR məsələsi müzakirə olunacaq
Koreya Respublikasının xarici işlər naziri xanım Kan Kyun-hva gələn həftə Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı vəziyyəti müzakirə edəcək.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreya XİN başçısı xanım Kan Kyun-hva jurnalistlərə açıqlamasında görüşdə KXDR-in nüvə silahsızlaşdırılması məsələsi, bu istiqamətdə Şimali Koreya lideri Kim Çen Inın ABŞ Prezidenti Donald Trampla nəzərdə tutulan görüşü barədə müzakirələrin aparılacağını deyib.

"Hər iki tərəf dialoqa hazır olduğunu təsdiqləyib. İndi qarşıda işçi səviyyədə sammitin gündəliyinin hazırlanması məsələsi durur”,- deyən Kan Kyun-hva əlavə edib ki, maraqlı tərəflər arasında yaxın məsləhətləşmələr çox vacibdir.

Cənubi Koreya XİN başçısı bildirib ki, rəsmi Seul bu məsələdə irəliləyişin əldə olunması üçün bütün səylərini göstərir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176