AZE | RUS | ENG |

Van Qoqun həyatına son qoyan revolver hərraca çıxarılacaq

Van Qoqun həyatına son qoyan revolver hərraca çıxarılacaq
Ehtimallara görə Visent Van Qoqun (1853-1890) özünə qəsd etdiyi "Lefaucheux” sistemli revolver iyunun 19-da Parisdə hərraca çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, "Drouot” satış evinin saytında yerləşdirilən məlumata əsasən, paslanmış revolver hadisənin baş verdiyi tarlada tapılıb. Lot 40-60 min avro dəyərində qiymətləndirilir.

Van Qoq 1890-cı ilin mayında qardaşı Teonun məsləhəti ilə Fransanın şimalında yerləşən Over-sür-Uaz kommunasına köçmüşdü. Həmin vaxta qədər rəssamın psixi vəziyyəti xeyli pisləşmişdi. İyulun 27-də Van Qoq rəsm çəkmək üçün alətlərini götürüb Over-sür-Uaz qəsrinin arxasındakı tarlaya gəlmiş və orada intihar etmişdi.

1960-cı ildə yerli fermerlərdən biri revolveri tapıb və silahın hazırkı sahibinin valideynlərinə verib.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989