AZE | RUS | ENG |

“Uşaq bağçalarında vəziyyətin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar gedir”

“Uşaq bağçalarında vəziyyətin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar gedir”
"Azərbaycanda məktəbəqədər təhsillə, xüsusilə uşaq bağçalarındakı vəziyyətin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar gedir”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deputat Fazil Mustafanın ötən gün Bakıdakı uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara fiziki təzyiq göstərməsi barədə fikirlərinə cavab olaraq bildirib.
 
MM sədri deyib ki, məktəbəqədər təhsillə bağlı texniki peşə məktəbləri, o cümlədən ali məktəblərdə fakültələr var: "Amma bu məsələ bir qədər fərqlidir və bununla bağlı araşdırma gedir”.
 
F. Mustafa çıxışında Yaponiyada uşaq bağçalarında qadınlara tərbiyəçiliyinin qadağan edildiyini, əvəzində kişilərin bu işə cəlb olunduğunu nümunə gətirərək, Azərbaycanda da buna oxşar sosial eksperimentin keçirilməsini təklif edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.3578
KWD 1 Küveyt dinarı 5.6134
SEK 1 İsveç kronu 0.1913
EUR 1 Avro 1.9658
CHF 1 İsveçrə frankı 1.7038
USD 1 ABŞ dolları 1.7000