Ukraynanın mədəni paytaxtı
"Avropanı görmək istəyirsənsə, Ukrayna ilə
vidalaşmaq lazım deyil - Lvova getmək kifayətdir”. Bu fikirlər Qərbi Ukraynanın
mədəni paytaxtı haqqında səsləndirilir. Lvov haqqında "Şir şəhəri” və ya
"Şirlərin şəhəri”, "Kral şəhəri”, "Avropa tacının mirvarisi”, "Şəhər-muzey”,
"Qaliçina paytaxtı”, "Kiçik Paris”,
"Kiçik Vyana”, "Ukrayna Pyemontu”, "Banderştadt” və s epitetlər deyilib. Polşa
ilə 70 km
sərhəddə yerləşdiyindən çox vaxt bu şəhəri "Ukraynanın Krakovu” da
adlandırılar.
Bura həm də Ukraynanın
ən əhəmiyyətli təhsil mərkəzlərindən sayılır. Şəhərdə yerləşən üç böyük
universitet və bir çox kiçik ali məktəblərdə Azərbaycandan olan çoxlu tələbə də
təhsil alır. "Lvov ali məktəblərində dünyanın çox ölkəsindən tələbələr oxuyur”,
- deyə T.Qriqorenko məlumat verir: Tələbələri cəlb edən Ukrayna təhsil
sisteminin mükəmməlliyi və qərb təhsilinə inteqrasiyasıdır. Şəhərdə yalnız
Ukrayna Milli Elmlər Akademiyasının 8 institutu, 40-dan çox elmi-tədqiqat və
layihə-konstruktor institutu, 3 akademiya və 11 ali təhsil müəssisəsi, 3
universitet və 100-dən çox orta təhsil müəssisəsi işləyir.
Lvovda yaşayıb işləyən, biznes quran azərbaycanlılar da var. Şəhərin küçələrində tez-tez, xüsusən gənc azərbaycanlılara rast gəlmək olur.
Festivallar şəhəri
Müxtəlif zövqlərə uyğun şəhəri turistlər üçün tapıntı da adlandırırlar. "Hər bir kəs heç olmasa ömründə bircə dəfə Lvova gəlməlidir” fikri də təsadüfən yaranmayıb.
Həqiqətən Lvov əsil turist şəhəridir. Burada turistləri şəhərə cəlb edəcək bütün xidmətlər formalaşıb. Turizm firmaları turistlərə müxtəlif ekskursiya paketləri təklif edirlər. Turistlər şəhərin əsas gəlir yeridir. Suvenir dükanları, kafe və restoranlar, muzey və qalereyaların büdcələri, nəqliyyat sistemi təkcə turizm hesabına dolanmır, həm də xidmət səviyyəsini yüksəltməkdə davam edir.
Bələdçimiz Lvovun mədəni həyatının zənginliyindən danışır: "Şəhərdə hər il müxtəlif festivallar təşkil edilir. Lvovun mədəni həyatı çox zəngindir. Hər il keçirilən festivalların sayı artır. "Virtuosi Musiqi festivalı” yaz, "Zoloty Lev” (Qızıl aslan), "Lectnitsa” ("Pilləkən”) - gənc həvəskar teatr festivalı payız aylarında keçirilir. Hər oktyabrda isə şəhərdə səhnələşdirilmiş karnaval təşkil edilir.
Ayrıca köhnə şəhər mərkəzində xüsusi toxumalı, caz və klassik musiqi dinləyib yemək yeyə biləcəyiniz restoranlar var. Bir-birinin ardında sıralanan suvenir dükanlarında turistlərin əlindən tərpənmək olmur. 200 illik tarixi olan məşhur Lvov şokoladı isə şəhərin əsas simvollarından sayılır. Hər addımda rast gəlinən Lvov qəhvələrinin qoxusu isə uzaqdan xoş gəlir
Yeraltı dünyaya səyahət
Lvovda turistlər üçün "Yeraltı şəhər”ə də ekskursiyalar təşkil olunur. Yəni turistlər təkcə yerüstü gözəlliklərlə kifayətlənmir, şəhərin yeraltı dünyası ilə - tarixi ilə tanış olurlar. İki saat davam edən ekskursiyalar 50 qrivna təşkil edir. ”Şəhərin ən qədim və uzun yeraltı yolları, 13-cü əsr Dominikan kilsəsinin sirli və romantik dünyası ilə tanışlıq məqsədi daşıyır. Lvov yeraltı yollarının uzunluğu 100 km-dir. Bu yolların açılması üçün arxeoloji qazıntılar davam edir”. Ekskursiya zamanı Yeraltı aptek-muzey, unikal Lvov şirləri qalereyasını görmək olar. Bu turist məhsuluna maraq göstərənlər çoxdur: "1527-ci ildə Lvovda yanğın olub. Şəhərin yuxarı hissəsində olanların hamısı renessans dövrünün Lvovudur. Bütün qotik abidələr yerin altındadır. Bu, arxitektura baxımından maraqlıdır. Lvovda çoxdan arxeoloji muzeyin yaranması haqqında danışırdılar. Nəhayət, bu, reallaşıb. Turistləri cəlb edən bu layihə Avropa İttifaqının qrantı hesabına başa gəlib”.
85 faiz qadınlar
Lvovun küçələrində gəzərkən daha çox qocalara, xüsusən yaşlı qadınlara rast gəlmək olur. Tatyana Qriqorenko deyir ki, cavanlar iş dalıyca Polşaya yollanıblar. Qadınlar Ukrayna əhalisinin 53.7 faizini təşkil edir. Bunda müharibənin də rolunu qeyd edirlər. Kişilərin orta yaş həddi 62, qadınların isə 74- dür. Yüksək emiqrasiya ölkədə kişilərin sayını azaldıb. Lvovda isə siyahıyaalınmanın nəticələrinə görə əhalinin 85 faizi qadınlardır. Onlar müxtəlif millətlərlə ailə qurmağa risk kimi baxmırlar. Azərbaycanlı kişilər üçün Ukrayna, xüsusən Lvov daha çox "Məhəbbət və göyərçinlər” filminin məşhur qəhrəmanı Vasya kimi məzuniyyət adına çıxıb "başqa" məqsədlərə baş vurduqları şəhər kimi maraqlıdır. Bakı-Kiyev-Lvov təyyarəsinin salonunda əksər sərnişinlərin kişilər, xüsusən gənclər olduğunu görəndən sonra bu fikrə daha çox inanmaq olur. Lvovun qızları isə doğrudan da gözəldir - ucaboy, təbəssümlü, mehriban...
Sakit, mehriban şəhərdə Rusiya ilə münaqişənin sədası o qədər də hiss olunmur. Şəhər öz ritmini yaşayır – qonaqlarını qəbul edir, yola salır, yenisini gözləyir...
Lvov ölkənin mədəniyyət, elm-təhsil,
həmçinin böyük sənaye mərkəzi və nəqliyyat qovşağı kimi məşhurdur. 12-ci əsrdə rus çarı Daniel Romanoviç
tərəfindən salınan şəhərin tarixinə aid ən geniş yayılmış versiyaya görə Lvov
öz adını çarın oğlu Levin şərəfinə alıb. Ona görə də şir heykəlləri Lvovun əsas
simvolu sayılır.
Lvovda müxtəlif tarixi binaların, heykəllərin qarşısında,
şəhərin gerbində "şir” təsvirini görmək mümkündür.
Şəhər çox tarixi dönəmlərə şahidlik edib. 1272-ci
ildə Qalisko-Volınski knyazlığının paytaxtı olan Lvov orta əsrlər dövründə
əhəmiyyətli ticarət mərkəzi sayılıb. Avstriya hökmranlığı zamanında Lvov
Ukrayna və Polşa milli-azadlıq hərəkatlarının mərkəzi də olub, Avstriya-Macarıstan
dağıldıqdan sonra Qərbi Ukrayna Xalq Respublikasının paytaxtı da. İkinci Dünya
müharibəsinə qədər Polşaya məxsus şəhər 1939-cu ildə Sovet İttifaqı ilə
Almaniya arasındakı razılaşma nəticəsində Ukrayna SSR-ın tərkibinə daxil olub. "Şəhər
ayrı-ayrı vaxtlarda iki dəfə yanğına məruz qalıb. İkinci Dünya müharibəsində isə
şəhər almanların bombardmanından xilas olub. Almanlar şəhəri olduğu kimi ələ
keçirmək niyyətində olduqlarından onu dağıtmaqdan vaz keçiblər” - deyə
bələdçimiz Tatyana Qriqorenko məlumat verir. Lvova
bir günlük səfər
Truskavetsdən
Lvova səfər edərkən təkcə şəhərin yerüstü gözəlliyini deyil, həm də yeraltı
dünyası ilə tanış olmaq imkanı qazandıq. Qədim dar küçələr, tarixi tikililər
müxtəlif dövrlərin tarixi ilə turistləri tanış edir. Bu gün Lvovun unikal
tarixi mərkəzi YUNESKO-nun Ümumdünya mirası siyahısına daxildir. Şəhərdə təkcə
Avstriya deyil, həmçinin italyan, rus, yunan arxitekturasının izləri qalıb. Məhz
Lvovda Ukrayna arxitekturasının çox sayda abidəsi saxlanılıb ki, burada renessans,
barokko və klassisizm dövrlərinin tikililərinə rast gəlinir. Köhnə Avropa
haqqında bir çox kinofilmlərin çəkildiyi və özündə orta əsrlərin izlərini
saxlayan Bazar meydanı, Ştrausun, Şopenin, Qlinkanın əsrarəngiz musiqiləri səslənən
kafe və restoranlar, şəhərin mərkəzinə aparan 1 və 10 saylı tramvayların nostalji
yaradan səsi, Karpat dağlarının və sıx meşələrinin füsunkar panoramasını yaradan
Hündür qəsr, Avropa opera teatrları içərisində möhtəşəm arxitekturası ilə
seçilən Opera Teatrı, bir çox tarixi binaların yer aldığı qədim meydan, Ratuşa,
əsası 1795-ci ildə qoyulan aptek-muzey, yerli sakinləri və turistləri dadı və
ətri ilə heyran edən şokolad emalatxanası, yunan-katolik kilsəsi olan Müqəddəs
Yura kilsəsi, Taras Şevçenkonun əzəmətli heykəli... turistləri bu şəhərə
yenidən gəlməyə məcbur edir. Lvova şəhərin mərkəzində gəzməyə, yanından laqeyd
ötə bilmədiyin muzeylərin ekspozisiyasını seyr etməyə, küçə musiqilərini
dinləməyə, bir sözlə, zəngin mədəniyyətlə tanış olmağa gəlirlər.
Sovet
dövründən sonra şəhərdə demək olar ki, işləyən sənaye müəssisəsi qalmayıb. Amma
yaşlı adamlar Lvov avtobuslarını yaxşı xatırlayırlar. Həmin müəssisələri indi
şokolad, kofe və əl işləri hazırlayan kiçik müəssisələr əvəz etməklə şəhərin
kulinar xəritəsini bəzəyir. Oktyabr ayında keçirilən pendir və şərab, mayda isə
küçə yeməkləri festivalı turistlərin ən çox səfər etdikləri vaxtlara təsadüf
edir.
Şərqdən
gələn tacirlərin evi olan şəhər bu gün də fərqli xalqlardan və dinlərdən olan
insanların görüşmə nöqtəsidir. "Din şəhərin həyatında və tarixində
böyük rol oynayır. Şəhərdə roma-katolik və Ukrayna yunan-katolik kilsələrinin
idarəetmə mərkəzi yerləşir”, - deyə bələdçi məlumat verir: "Şəhərin əhalisi
mürəkkəb dini struktura malikdir. Burada həmçinin Moskva patriarxatının Ukrayna
pravoslav kilsəsinin, ortodoksal və reformist yəhudilərin, hasidlərin və bir
çox protestant kilsələrinin dini təşkilatları var. Lvov dünyada daim iki
kardinalı olan yeganə şəhərdir”.
Lvovda yaşayıb işləyən, biznes quran azərbaycanlılar da var. Şəhərin küçələrində tez-tez, xüsusən gənc azərbaycanlılara rast gəlmək olur.
Festivallar şəhəri
Müxtəlif zövqlərə uyğun şəhəri turistlər üçün tapıntı da adlandırırlar. "Hər bir kəs heç olmasa ömründə bircə dəfə Lvova gəlməlidir” fikri də təsadüfən yaranmayıb.
Həqiqətən Lvov əsil turist şəhəridir. Burada turistləri şəhərə cəlb edəcək bütün xidmətlər formalaşıb. Turizm firmaları turistlərə müxtəlif ekskursiya paketləri təklif edirlər. Turistlər şəhərin əsas gəlir yeridir. Suvenir dükanları, kafe və restoranlar, muzey və qalereyaların büdcələri, nəqliyyat sistemi təkcə turizm hesabına dolanmır, həm də xidmət səviyyəsini yüksəltməkdə davam edir.
Bələdçimiz Lvovun mədəni həyatının zənginliyindən danışır: "Şəhərdə hər il müxtəlif festivallar təşkil edilir. Lvovun mədəni həyatı çox zəngindir. Hər il keçirilən festivalların sayı artır. "Virtuosi Musiqi festivalı” yaz, "Zoloty Lev” (Qızıl aslan), "Lectnitsa” ("Pilləkən”) - gənc həvəskar teatr festivalı payız aylarında keçirilir. Hər oktyabrda isə şəhərdə səhnələşdirilmiş karnaval təşkil edilir.
Noyabr ayında keçirilən
"Opera festivalı” Solomia Kryshelnytska da böyük maraq yaradır.
Şəhər
mərkəzinə irəlilədikcə italyan, çin, hind, gürcü və s. ölkələrin restoranlarına
rast gəlinir. Habsburg günlərindən qalma keks mədəniyyəti və əsil Lvov qəhvəsi
turistləri ovsunlayır. İldə bir dəfə festival zamanı Ratuşa
qapılarını açır. Şəhərin ənənəsinə uyğun olaraq, bu tarixi məkanda keçirilən
konsert "Oyanma” adlanır.Ayrıca köhnə şəhər mərkəzində xüsusi toxumalı, caz və klassik musiqi dinləyib yemək yeyə biləcəyiniz restoranlar var. Bir-birinin ardında sıralanan suvenir dükanlarında turistlərin əlindən tərpənmək olmur. 200 illik tarixi olan məşhur Lvov şokoladı isə şəhərin əsas simvollarından sayılır. Hər addımda rast gəlinən Lvov qəhvələrinin qoxusu isə uzaqdan xoş gəlir
Lvovda turistlər üçün "Yeraltı şəhər”ə də ekskursiyalar təşkil olunur. Yəni turistlər təkcə yerüstü gözəlliklərlə kifayətlənmir, şəhərin yeraltı dünyası ilə - tarixi ilə tanış olurlar. İki saat davam edən ekskursiyalar 50 qrivna təşkil edir. ”Şəhərin ən qədim və uzun yeraltı yolları, 13-cü əsr Dominikan kilsəsinin sirli və romantik dünyası ilə tanışlıq məqsədi daşıyır. Lvov yeraltı yollarının uzunluğu 100 km-dir. Bu yolların açılması üçün arxeoloji qazıntılar davam edir”. Ekskursiya zamanı Yeraltı aptek-muzey, unikal Lvov şirləri qalereyasını görmək olar. Bu turist məhsuluna maraq göstərənlər çoxdur: "1527-ci ildə Lvovda yanğın olub. Şəhərin yuxarı hissəsində olanların hamısı renessans dövrünün Lvovudur. Bütün qotik abidələr yerin altındadır. Bu, arxitektura baxımından maraqlıdır. Lvovda çoxdan arxeoloji muzeyin yaranması haqqında danışırdılar. Nəhayət, bu, reallaşıb. Turistləri cəlb edən bu layihə Avropa İttifaqının qrantı hesabına başa gəlib”.
85 faiz qadınlar
Lvovun küçələrində gəzərkən daha çox qocalara, xüsusən yaşlı qadınlara rast gəlmək olur. Tatyana Qriqorenko deyir ki, cavanlar iş dalıyca Polşaya yollanıblar. Qadınlar Ukrayna əhalisinin 53.7 faizini təşkil edir. Bunda müharibənin də rolunu qeyd edirlər. Kişilərin orta yaş həddi 62, qadınların isə 74- dür. Yüksək emiqrasiya ölkədə kişilərin sayını azaldıb. Lvovda isə siyahıyaalınmanın nəticələrinə görə əhalinin 85 faizi qadınlardır. Onlar müxtəlif millətlərlə ailə qurmağa risk kimi baxmırlar. Azərbaycanlı kişilər üçün Ukrayna, xüsusən Lvov daha çox "Məhəbbət və göyərçinlər” filminin məşhur qəhrəmanı Vasya kimi məzuniyyət adına çıxıb "başqa" məqsədlərə baş vurduqları şəhər kimi maraqlıdır. Bakı-Kiyev-Lvov təyyarəsinin salonunda əksər sərnişinlərin kişilər, xüsusən gənclər olduğunu görəndən sonra bu fikrə daha çox inanmaq olur. Lvovun qızları isə doğrudan da gözəldir - ucaboy, təbəssümlü, mehriban...
Sakit, mehriban şəhərdə Rusiya ilə münaqişənin sədası o qədər də hiss olunmur. Şəhər öz ritmini yaşayır – qonaqlarını qəbul edir, yola salır, yenisini gözləyir...
Təranə Məhərrəmova
Lvov