Ukraynanın əsas hədəfi NATO-ya üzv olmaqdır
Növbəti on ildə Ukraynanın əsas hədəfi NATO-ya üzv olmaqdır.
AZƏRTACxəbər verir ki, bu fikri Almaniyanın "Hamburger Abendblatt” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Petro Poroşenko söyləyib. O bildirib ki, Ukrayna NATO-ya üzv olmaq üçün çox ciddi çalışır. "Ukrayna Alyansla birlikdə daha güclü olacaq”, - deyə P.Poroşenko əlavə edib.