• çərşənbə, 08 May, 20:13
  • Baku Bakı 18°C

Türkiyənin yeni nazirlərinin adları açıqlandı

25.12.13 18:50 1291
Türkiyənin yeni nazirlərinin adları açıqlandı
Bu gün Türkiyədə istefaya gedən nazirlərin yerinə təyin ediləcək yeni nazirlərin adları açıqlanıb. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Qəzetin məlumatına görə, Efkan Ala daxili işlər naziri, Numan Kurtulmuş isə iqtisadiyyat naziri təyin ediləcəklər. Həmçinin Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağışın yerinə Ömər Çelik, müdafiə naziri İsmət Yılmazın əvəzinə isə Alparslan Kavaklıoğlunun gətiriləcəyi gözlənilir. İ.Yılmazın rabitə naziri təyin ediləcəyi bildirilir.
Bundan əvvəl DİN-in keçmiş rəhbəri Müəmmər Gülərin yerinə dövlət naziri Bəkir Bozdağın təyin ediləcəyi deyilirdi.
Qeyd edək ki, bu gün Türkiyədə adı korrupsiya qalmaqalında hallanan iqtisadiyyat və daxili işlər nazirləri Zəfər Çağlayan və Müəmmər Gülər, həmçinin şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər.
banner

Oxşar Xəbərlər